Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daxili Qoşunlarda yoxlamalar aparıldı
Daxili Qoşunlarda yoxlamalar aparıldı
10 Aprel 2014 / 16:36 / Baxış sayı: 310
Font1 Font2 Font3 Font4

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların “N” saylı hərbi hissəsində, Hospitalında və Ali Hərbi Məktəbində plan üzrə baxışlar keçiriblər

Hərb Ombudsmanın əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbində, Hərbi Hospitalında və N saylı hərbi hissəsində görüş keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, aparat əməkdaşlarının həmin qurumların səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm olaraq davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov Daxili Qoşunların Şəxsi heyət üzrə idarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəis müavini Yenibar Hətəmovla birgə Daxili Qoşunların “N” saylı hərbi hissəsində, Hospitalında və Ali Hərbi Məktəbində plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin müəssisələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissənin, Hospitalın və Ali Hərbi Məktəbin bütün obyektlərinə baxış keçirilmiş, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb, hərbi qulluqçuların hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb.

Həmin obyektlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, yaşayış şəraitinin, qidalanma vəziyyətinin və sağlamlığının təmininin normal səviyyədə təşkili müşahidə edilib.

Başçəkmə zamanı hərbi hissənin ərazisində zabitlər üçün inşa olunmuş 102 mənzilli, 12 mərtəbəli, müasir tələblərə cavab verən binada son tamamlama işlərinin aparıldığı, həmin binanın birinci mərtəbəsinin isə uşaq bağçası kimi fəaliyyət göstərəcəyi və yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün adı çəkilən qurumların rəhbərliyinə müvafiq tövsiyələr verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə