Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhkəmə “AMAY Abdulla”nı həbsdə saxladı
Məhkəmə “AMAY Abdulla”nı həbsdə saxladı
10 Aprel 2014 / 16:45 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Aprelin 10-da Bakı Apelyasiya Məhkəməsində iş adamı Abdulla Abdullayevin şikayəti üzrə proses keçirilib. Binəqədi Rayon Məhkəməsi aprelin 4-də onun haqqında həbs qətimkan tədbiri seçib. İş adamı həmin qərarın ləğvini istəyib.

Vəkil Əkbər Bağırov “Media forum”-a deyib ki, prosesdə Abdulla Abdullayev də iştirak edib: “O, həbs qərarından narazıdır, ittihamları qanunsuz hesab edir. Bu barədə məsləhətləşmələr aparıb Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi düşünürük. Əslinə qalanda bu, mülki xarakterli işdir, kredit götürülüb və məsələ mülki qaydada həll edilməlidir. Abdulla Abdullayev heç bir dövlət əmlakını mənimsəməyib və belə bir fikri də olmayıb. Onun işində cinayət tərkibi görmürük. Bütün bunlara baxmayaraq apelyasiya instansiyası Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı.

Müdafiə tərəfi olaraq Bakı Apelyasiya Məhkəməsinin bu qərarını, Abdulla Abdullayev barəsində cinayət işi başlanmasını, onun həbsini qanunsuz hesab edir və bu qanunsuzluqların aradan qaldırılması üçün Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş bütün mümkün müdafiə vasitələrindən istifadə etməyi zəruri sayırıq. İstintaq dövründə onun haqqında çıxarılan həbs-qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Çünki onun daimi yaşayış yeri var, istintaqdan gizlənməyib”.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.

Xatırladaq ki, Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılıb: “İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi  başlanıb. Aparılmış istintaqla 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə