Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandakı “SPİD” xəstəsinin acı etirafları – Video
Azərbaycandakı “SPİD” xəstəsinin acı etirafları – Video
10 Aprel 2014 / 19:55 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

“Çox təəəsüflər olsun ki, geriyə dönə, əvvəlki həyatımı yaşaya bilmirəm”

Hazırda bəşəriyyətin mübarizə apardığı xəstəliklərdən biri də QİÇS (“SPİD”)-dir. Uzun-uzadı tədqiqatlar aparılsa da bu xəstəliyin hələ də müalicəsini tapmaq mümkün olmayıb. Azərbaycanda da bu xəstəliyin daşıyıcıları var. Xüsusilə də cənub bölgəsində QİÇS-li xəstələrin sayında artım var.

Virtualaz.org-un məlumatına görə, cənub bölgəsində QİÇS-ə yoluxan şəxs ANS Tv-yə söyləyib ki, Rusiyaya gedəndə orada düşdüyü mühit onu narkomaniyaya gətirib çıxarıb. Ondan sonra da, QİÇS-ə yoluxub. Hazırda bunun əzabını çəkir. Amma çox təəəsüflər olsun ki, geriyə dönə, əvvəlki həyatını yaşaya bilmir.

Əvvəlki sağlam həyata qayıtmaq təkcə onun deyil, bölgədə bu xəstəliyin daşıyıcısı olan 731 QİÇS-li xəstənin arzusudur. Elə təkcə ötən il 111 yeni yoluxma faktının aşkarlanması, bu ilin 1-ci rübündə 4 nəfərin dünyasını dəyişməsi QİÇS-in regionda əsl sosial bəlaya çevrilməsindən xəbər verir.

Statistik rəqəmlərə görə, QİÇS-ə yoluxma və ölüm halları cənub bölgəsinin bütün rayonlarında artıb. Ən böyük artım isə Astara rayonundadır. Hər on min nəfərə bölgə üzrə artım 8,4 nəfərdirsə, Astara rayonunda bu rəqəm 2 dəfədən də artıqdır – 18,4 nəfər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional laboratoriyasının müdiri Rəmiəli İbişov bölgədə xəstəliyin belə sürətlə yayılması səbəbinə aydınlıq gətirib: “İlk illərdə venadaxili narkoqəbuledicilik olub. Sonra Rusiya ilə əlaqələri olub. Rusiyanın müxtəlif şəhərlərində yoluxmuşlar olub. Eyni zamanda xarici ölkələrdə yoluxanlar. İndi isə özümüzdə o qədər infeksiya mənbələri var, öz daxilimizdə də yoluxmalar var”.

Yoluxmalar isə hər il onlarla günahsız qurban üçün həyat kabusuna çevrilir. Yoluxanlar arasında uşaqların sayı açıqlanmasa da, 157 qadının olduğu bildirilir. Ümumiyyətlə isə xəstəlik daşıyıcılarının əksəriyyətinin 25-40 yaş arasında olması və təkcə Lənkəranda 73 nəfərin bu xəstəlikdən dünyasını dəyişməsi gələcək genefondumuza böyük zərbədir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə