Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putindən şok Krım ETİRAFI
Putindən şok Krım ETİRAFI
10 Aprel 2014 / 18:30 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Rusiya Krımı birləşdirməyi planlaşdırmırdı, qərar yalnız yerli sakinlərin əhval-ruhiyyəsi barədə alınan məlumatlardan sonra qəbul edildi. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin fəalları ilə görüşdə bəyan edib.

O, qeyd edib: “Mənim tərəfimdən yekun qərar insanların əhval-ruhiyyəsi aydın olandan sonra qəbul edildi. Axı biz hadisələrin belə inkişafına hazırlaşmırdıq”.

Prezident deyib ki, yaxın illərdə Krım maliyyə yardımı göstərilən ərazidən donor regiona çevrilə bilər. “Bu ərazinin iqtisadi potensialı çox böyükdür. Düşünürəm ki, yaxın vaxtlarda, yaxın bir neçə il ərzində, ola bilsin ki, hətta bir qədər tez Krım maliyyə yardımı göstərilən ərazidən donora çevrilə bilər. Bunun üçün orada hər şey var”.

V.Putin bildirib ki, Krımda böyük olmayan, amma səmərəli sənaye yaradıla bilər. “Orada cənub sahilində çox perspektivli struktur var”.

O, hesab edir ki, yarımadanın inkişafına düzgün yanaşılarsa, “onda nəticə kifayət qədər sürətli və nəzərəçarpan ola bilər”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə