Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Ərdoğan Türkiyəyə nə vəd edir?
Prezident Ərdoğan Türkiyəyə nə vəd edir?
11 Aprel 2014 / 9:37 / Baxış sayı: 72
Font1 Font2 Font3 Font4

«Türkiyə artıq bölünmüş cəmiyyətdir. Bir tərəfdə hüquq-məhkəmə sistemini iflic edən Ərdoğan hökuməti var. Digər tərəfdə isə demokratiya və azadlıq tələb edən xalq dayanıb»

Vəfa Quluzadə: “Xalq demokratiya, azadlıq istəyir, ancaq Ərdoğan buna meylli deyil”.

Elxan Mehdiyev: ” Ərdoğanın prezident olması Türkiyəni qeyri-stabitliyə sürükləməklə yanaşı, bu ölkə üçün faciəvi nəticələrə səbəb olacaq”.
Türkiyədə keçirilən son bələdiyyə seçkilərindən sonra siyasilərin nəzərləri bu ilin avqust ayındakeçiriləcək prezident seçkilərinə yönəlib. Gülənçilərlə ağır kompramat savaşının kölgəsi altında keçən bələdiyyə seçkilərində Ərdoğanının inamlı qələbəsindən sonra onun Türkiyənin yeni prezidenti olmaq şansı həddindən artıq güclənib. Hazırda Ərdoğanın prezidentliyinə qapı açması ilə bağlı səslənn fikirlər səngimək bilmir. Ərdoğan prezident olarsa ölkədə Türkiyədə və bölgədə vəziyyət necə dəyişəcək? Türkiyə regional gücə çevrilə biləcəkmi?
PİA.AZ-ın əməkdaşı bu sualların cavabını öyrənmək üçün poltoloqlar Ərdoğanını və Türkiyənin gələcəyindən heç də nikbin görünmürlər. Politoloq Vəfa Quluzadə hesab edir ki, Ərdoğanın yürütdüyü siyasət demokratiyadan uzaqdı. Vəfa Quluzadınin qənatinə görə Ərdoğanın nurçulara qarşı başlatdığı mübarizə Türkiyəni iki cəbhəyə parçalaya bilər:
“Ərdoğan prezident seçkilərində qalib gəlsə, ölkədə bir müddət ona qarşı ciddi narazıçılıq olacaq. Xalq demokratiya, azadlıq istəyir, ancaq Ərdoğan buna meylli deyil. Ümid edək ki, Türkiyədə qarşıdurmalar yaşanmasın. Nurçular ilə mübarizə isə düşünürəm ki, Ərdoğan prezident olsa ilk işi onlarla mübarizəni kəskinləşdirmək olacaq”.
Politoloq Elxan Mehdiyev isə hesab edir ki, Ərdoğanın yürütdüyü siyasətin son nəticəsi dost və qardaş ölkə üçün faciəli sonluqla bitəcək:
“Ərdoğanın prezident olması Türkiyəni qeyri-stabitliyə sürükləməklə yanaşı, bu ölkə üçün faciəvi nəticələrə səbəb olacaq. Ərdoğanın prezidentliyə gəlişi AKP-lilərin üçün yeni imkanlar demək ola bilər. Ola bilsin ki, Ərdoğan və AKP belə düşünsün. Amma Türkiyə üçün bu belə deyil. Çünki Türkiyə artıq bölünmüş cəmiyyətdir. Bir tərəfdə hüquq-məhkəmə sistemini iflic edən Ərdoğan hökuməti var. Digər tərəfdə isə demokratiya və azadlıq tələb edən xalq dayanıb. Bu cür qarşıdurma şəraitində Ərdoğanın prezident olması Türkiyəni fəlakətli nəticələrə apara bilər. Bu, Türkiyəni qeyri-stabilliyə aparan bir addım olar. Ərdoğan prezident olsa nurçularla mübarizə daha geniş vüsət alacaq və bu ölkəni daha çox parçalayacaq”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə