Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis polkovnikinin avtomobili ağır qəzaya düşdü:ölənlər var
Polis polkovnikinin avtomobili ağır qəzaya düşdü:ölənlər var
11 Aprel 2014 / 9:59 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş ağır yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, Xocasən qəsəbəsində Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun xidməti avtomobili, 10 AA 104 nömrə nişanlı “Hyundai-Sonata” ilə 35 yaşlı Rövşən Əhmədovun sürdüyü “Hyundai-Tucson”un toqquşması nəticəsində polis rəisinin sürücüsü Rafiq Abbasov hadisə yerindəcə keçinib. R.Əhmədov və sərnişini, Emin Kərimov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq digər sürücünün də həyatını xilas etmək mümkün olmayıb. E.Kərimovun müalicəsi davam etdirilir.

*****

10.04.2014 / 10:47

Bu gün saat 09 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Xacəsən qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun xidməti avtomobili, 10 AA 104 nömrə nişanlı “Hyundai-Sonata” ilə “Hyundai-Tucson” toqquşub.  Nəticədə polis rəisinin sürücüsü Rafiq Abbasov hadisə yerindəcə keçinib.

Bildirilir ki, sürücü R.Abbasov Xocasən qəsəbəsində yaşayır və səhər saatlarında İ.Mahmudovu evindən götürmək üçün şəhər istiqamətində gəlirmiş. Qəza zamanı avtomobildə başqa şəxs olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə