Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis maşını ilə bağlı sığorta şirkətinə müraciət edilməyib
Polis maşını ilə bağlı sığorta şirkətinə müraciət edilməyib
11 Aprel 2014 / 10:47 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Aprelin 10-da Xocahəsən yolunda polis avtomobilinin iştirakı ilə baş verən və ölümlə nəticələnən ağır yol qəzası ilə əlaqədar sığorta şirkətlərinə müraciət edilməyib. Bu barədə fins.az-a avtomobillərin sığortalandığı şirkətlərdən bildiriblər.

Qeyd edək ki, Səbail rayon Polis İdarəsinin rəisinin 90-AA-104 dövlət nömrə nişanlı “Hyundai -Sonata” markalı xidməti avtomobili “AzərSığorta” şirkətində sığortalanıb. Şirkətin nəqliyyat departamentinin aparıcı mütəxəssisi Nərmin Mehdiyeva fins.az-a açıqlamasında bildirib ki, hələlik sığorta şirkətinə müraciət daxil olmayıb.

Qəzada iştirak edən digər avtomobil – “Hyundai-Tucson”la bağlı da sığorta şirkətinə müraciət etməyiblər.  Bunu fins.az-a avtomobilin sığortaçısı “Standart İnsurance” şirkətinin sığorta  hadisələri departamentinin baş mütəxəssisi Fərid Məlikov bildirib.

Xatırladaq ki, aprelin 10-da səhər saat 9-da Xocahəsən qəsəbəsi yolunda “Meyvəli” bazarının yaxınlığında  ağır yol qəzası baş verib. Səbail rayon Polis İdarəsinin rəisinin sürücüsü Rafiq Abbasov hadisə yerində ölüb. Qəzada iştirak edən “Hyundai-Tucson”  və “Hyundai -Sonata” markalı maşınlara ciddi ziyan dəyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə