Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Yurd” TV-nin bağlanması təsdiqləndi
“Yurd” TV-nin bağlanması təsdiqləndi
11 Aprel 2014 / 10:51 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4
“Yurd” TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə məlumat hələ dünən axşam saatlarından etibarən yayılmağa başlayıb.  “Yurd” TV-nin Xəbərlər Departamentinin rəhbəri Səadət Məmmədova Hafta.az-a verdiyi məlumatda bu informasiyanı təsdiqləyib: “Bəli, yalnız onu deyə bilərəm ki, xəbər doğrudur.
Təsisçilər belə bir qərar qəbul edib. Ətraflı məlumat istəyirsinizsə, rəhbərliyimizlə əlaqə saxlamaq lazımdır”. “Yurd” TV-nin “Region” TV ilə birləşdirilməsi xəbərinə isə departament rəhbəri belə münasibət bildirib: “Xeyr, onu kim, hara, necə yazıb mənim heç bir bilgim yoxdur”.
Qərarı kollektivə kanalın rəhbəri Rüstəm Əliyev elan edib.  Hazırda “Yurd” TV-nin saytı aktiv olsa da, xəbərlər yenilənmir. “Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlamışdı.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə