Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İbrahim Mehdiyev 40 min manat cərimədən xəbərsizdir
İbrahim Mehdiyev 40 min manat cərimədən xəbərsizdir
11 Aprel 2014 / 10:54 / Baxış sayı: 118
Font1 Font2 Font3 Font4
Yasamal rayonu Mirəli Seyidov küçəsi 14 saylı binanın sakinləri həmin ərazidə yerləşən çoxillik ağacların kəsilməsi ilə bağlı etiraz aksiyası keçirib, müxtəlf qurumlara şikayət ünvanlayıblar.  “Layihə artıq hazırdır, tikinti aparılacaq”. Bu fikirləri Yasamal rayon İH-nin başçısı İbrahim Mehdiyev məsələ ilə bağlı Aktual.az-a açıqlamasında deyib. İcra hakimiyyəti başçısı qeyd edib ki, orada heç bir ağac kəsilməyib: “Yuxarı təşkilatlardan da mənim iştirakımla gəlib baxdılar, gördülər ki, həmin ərazidə ağaclar kəsilməyib. Təxribat xarakterli məlumatlar yayılır bu məsələ ilə bağlı”.
İbrahim Mehdiyev onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 40 min manatlıq cəriməsindən xəbərsizdir: “Bu barədə heç bir məlumatım yoxdur. Deyə bilmərəm nazirlik nə məlumat yayıb. Mənim tətbiq olunan 40 manat cərimədən xəbərim yoxdur”.
 Ərazidə tikintinin aparılıb-aparılmayacağına gəlincə, başçı bildirib ki, ərazidə tikinti aparılacaq: “Artıq həmin ərazinin layihəsi hazırdır. Yaxın günlərdə tikinti aparıla bilər”.
Xatırladaq ki, martın 25-də Yasamal rayonu Mirəli Seyidov küçəsi 14 saylı binanın sakinləri ağacların kəsilməsinə, həmin ərazidə iaşə obyektinin tikilməsinə etiraz olaraq aksiya keçiriblər, Bakı şəhər icra hakimiyyətinin nümayəndəsinə kəsilən ağacların yerində yeni ağaclar əkəcəklərini bildiriblər. Bir neçə gün sonra sakinlər kəsilən ağacların yerində, həqiqətən də, ağac əkiblər. Məsələ ilə bağlı aidiyyatı qurumlara, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlanıb. Sakinlərin şikayətinin onların iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldığı barədə nazirliyin mətbuat xidməti açıqlama yayıb. Araşdırma nəticəsində, diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunaraq, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib edilib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 000 manat məbləğində cərimə olunub.

arxiv.bizimxeber.az


İbrahim Mehdiyev 40 min manat cərimədən xəbərsizdir yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə