Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əsədov İsmət Abasovun daha bir kadrını “vurdu”
Heydər Əsədov İsmət Abasovun daha bir kadrını “vurdu”
11 Aprel 2014 / 11:42 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Kənd təsərrüfati naziri Heydər Əsədov keçmiş nazir İsmət Abasovun daha bir kadrını işdən çıxarıb. Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazirin əmrinə əsasən İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov vəzifəsindən kənarlaşdırılıb. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qurumda “nazirliyin üçünçü adamı” sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı məbləğində mükafat təqdim edilib.

Qeyd edək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də vəzifədən azad ediliblər. Xatırladaq ki, İsmət Abasov hazırda baş nazirin müavinidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə