Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nizami Əhmədov niyə çaylarda suların qalxmaması üçün nəzir deyib?
Nizami Əhmədov niyə çaylarda suların qalxmaması üçün nəzir deyib?
12 Aprel 2014 / 12:33 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Oğuz rayon Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədov “Nəzir demişəm və həmdəki sizlərə qonaqlıq verəcəm, bu il çaylarda sel olmasın” deyib

Oğuz rayon Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədov çayların yataqlarının təmizlənməsi adı altında hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyir. İdarə müdiri çayların yataqların təmizləndiyi haqda saxta sənədlər tərtib edir və bu sənədlərdə xərcləndiyi göstərilən dövlət vəsaitlərini «özəlləşdirir». Bu barədə PİA.AZ-a Oğuz rayonundan daxil olan məlumatda göstərilir ki, əli həmişə pul ilə oynadığı üçün gəlirsiz dayana bilməyən Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədov yaz gəldiyi üçün ciddi təlaş içindədir. Çünki səndlərdə Turan çay yatağının təmizləndiyi göstərilsə də, həmin çayın yatağında cüzi təmizlənmə işləri aparılıb. Hazırda idarə müdiri sel sularından çayın yatağından çıxa biləcəyindən ehtiyat edir. Məlumatlı mənbə bildirir ki, idarə müdiri buna görə Allaha dua edir ki, bu il yağışlar az olsun və güclü sel gəlməsin.

 Bildirilir ki, hətta bu yaxınlarda Oğuzda idarə müdirləri ilə söhbət əsnasında Nizami Əhmədov, “Nəzir demişəm və həmdəki sizlərə qonaqlıq verəcəm, bu il çaylarda sel olmasın” deyib.
İdarə müdirinin çaylarda sel olmaq əndişəsinin səbəbinin Suvarma Sistemləri İdarəsinin Turan çay sistemindəki çay yatağının lazımı qaydada təmizlənməməsi ilə izah edilir. Belə ki, məlumata əsasən Nizami Əhmədov Xal-xal, Qala və Oğuz çay sistemlərinin yataqlarını təmizlətdirsə də, Turan çay yatağının təmzilənməsi işini sona çatdırmayıb. Baxmayaraq ki, təmizilənmə əməliyyatları üçün Suvarma Sistemləri İdarəsinə dövlətdən yüz min manatlarala vəsaitin ayrılıb. Həmin vəsaitin böyük hiisəsi sadəcə sənədləşdirilərək mənimsənildiyi idda olunur.
Mənbə bildirir ki, suvarma sistemləri ilə məşğul olan idarələrin böyük gəlir mənbəyi məhz təmizlənmə əməliyyatıdır. İndi isə Turan çay yatağının bir çox hissələrində təmzilənmə əməliyyatının həyata keçirməyən Nizami Əhmədov sel sularının olacağından əndişələnir.
Məlumatda xatırladılır ki, idarə müdiri Nizami Əhmədov Oğuz rayon icra başçısının illik hesabatında bildirib ki, Suvarma Sistemləri İdarəsi Turan çay sistemində 381 min m3 çay yatağının təmizlənmə işləri aparıb və hazırda da işlər davam edir.
Həmçinin iddiaya görə, idarə müdiri Suvarma Sisitemləri İdarəsinin balansında olan texnikaları, traktorları, yük aftomobillərini yerli və qonşu rayonlardakı sahibkarlara icarəyə verir və idarənin texnikalarının icarəsindən Nizami Əhmədov ay ərzində 5 min manatdan çox qazanc əldə edir. Yəni idarə müdiri həm dövlətin çayların yataqlarının təmizlənməsi üçün ayırdığı vəsaitləri mənimsəyir, həm də dövlətin texnikasını şəxsi əmlakı kimi ayrı-ayrı adamlara icarəyə verərək külli miqdarda əlavə gəlir əldə edir.
Qarşı tərfəfin mövqeyini dərc etməyə hazırıq…
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə