Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aygün Kazımovanın qardaşı 10 il azadlıqdan məhrum edildi
Aygün Kazımovanın qardaşı 10 il azadlıqdan məhrum edildi
12 Aprel 2014 / 13:16 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Dələduzluqda təqsirləndirilənlərin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Hökm dəyişdirilmədən qüvvəsində qalıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Onu da qeyd edək ki, dəstə üzvlərinin daha bir dələduzluq əməli ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində də prosesləri davam etdirilir. Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə