Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Nəsirovun oğlunun adı “nömrə qalmaqalında”
Zakir Nəsirovun oğlunun adı “nömrə qalmaqalında”
12 Aprel 2014 / 14:36 / Baxış sayı: 122
Font1 Font2 Font3 Font4

Vətəndaş Seymur Nəsirovla bağlı Ramil Usubova müraciətində nə yazıb?

arxiv.bizimxeber.az olduqca maraqlı muraciət daxil olub. Belə ki, Bakı şəhəri Nizami rayon sakini Rauf Novruzov daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

“Cənab nazir, 15.03.2014-cü il tarixdə mənə aid olan 10 CM 700 dövlət nömrə nişanı Baş Dövlət Üol Polisinin Qeydiyyat İmtahan Şöbəsinin inspektoru Seymur Nəsirov tərəfindən qanunsuz olaraq başqa şəxsə verilib. Bu barədə Sizə müraciət etmişdim. Lakin bir aydan sonra mənə Mübariz Şabanov tərəfindən cavab məktubu gəlib. Mübariz Şabanov məni çağırmadan, heç bir izahat almadan, nömrənin mənə necə məxsus  olmadığını əsaslandırmadan Seymur Həsirovun qanunsuz əməlinə haqq qazandırmağa cəhd edib.

Cənab nazir, hesab edirəm ki, bütün bunlar vəzifədən sui-istifadə edib başqasının əmlakını mənimsəməkdir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız. Həmçinin məni qəbul edib dinləyib, əsl həqiqətədən xəbərdar olmağınızı istəyirəm. Mən məktubumun Sizə çatmayacağından ehtiyat edərək mətbuat vasitəsilə müraciət etmək qərarına gəldim”.

Qeyd edək ki, Seymur Nəsirov Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğludur. Z. Nəsirov hazırda həbsdədir.

arxiv.bizimxeber.az



Zakir Nəsirovun oğlunun adı “nömrə qalmaqalında” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə