Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhkəmə İlham Mirzəyevə 2 ay həbs verdi
Məhkəmə İlham Mirzəyevə 2 ay həbs verdi
12 Aprel 2014 / 18:36 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

 Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib.  

Teleaparıcının vəkili Xanlar Ələkbərzadə APA-ya açıqlamasında məhkəmənin onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçməsi barədə qərar çıxardığını deyib.

X.Ələkbərzadə bildirib ki, İ.Mirzəyev məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol vermədiyini açıqlayıb.

Vəkilin sözlərinə görə, teleaparıcı deyib ki, başına gələn bu olayda 5 ay əvvəl haqqında şikayət etdiyi və hazırda işinə Yasamal Rayon Məhkəməsində baxılan Asif Əliyev adlı şəxsin yaxınlarından şübhələnir: “İlham Mirzəyev ölümlə hədələndiyi, döyülərək xəsarət aldığı üçün şikayət edib və Yasamal Rayon Məhkəməsində baxılan işlə əlaqədar prokuror bu günlərdə Asif Əliyevin 5 il azadlıqdan məhrum edilməsini istəyib. İlham Mirzəyev bu məsələdə də bilavasitə həmin müdafiə tərəfindən şübhələnir”.

Qeyd edək ki, İ.Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ.Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.

Axar.az xəbər verir ki, məhkəmə prosesində isə İlham Mirzəyev 2 aylıq həbsə məhkum olunma xəbərini eşidincə özündən gedib. Nərimanov Rayon Məhkəməsinə təcili tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım göstərilib. “İlhaMed” klinikasının təsisçisi və “Space” kanalının aparıcısı İlham Mirzəyev  bundan sonraözünə gəlib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə