Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Ermənistanın yeni baş nazirini seçdi
Rusiya Ermənistanın yeni baş nazirini seçdi
12 Aprel 2014 / 18:44 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ermənistan prezidenti Serj Sərkisyan ölkənin baş naziri postuna namizədini müəyyən edib. Lent.az-ın məlumatına görə, bu barədə “Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

Yazıda bildirilir: “Aydındır ki, bu, parlamentin spikeri Ovik Abramyan deyil. Ermənistanın hakim Respublika Partiyasının son iclasının ardından onun adı çəkilməyib və siyasi qüvvələrlə məsləhətləşmələr də təsdiqləyir ki, Abramyan daha baş nazir postuna namizəd deyil”.

Mənbənin sözlərinə görə, Sərkisyan seçimini Karen Karapetyan üzərində edib. Aprelin 13-də günün ikinci yarısında məhz onun adı açıqlanacaq.

Belə qənaətə gəlinib ki, Karapetyan Rusiya üçün münasib namizəddir. Çünki onun gəlişindən sonra Rusiya tərəfinin diqtəsi ilə Ermənistanın Gömrük İttifaqına daxil olma prosesi uğurla başa çatdırılacaq. Bundan başqa həmin namizəd heç bir partiyanın üzvü deyil. Bunu Tiqran Sərkisyanın baş nazir postunu tərk etməsindən sonra deputat Eduard Şarmazanovun “Növbəti baş nazir hakim partiyanın təmsilçisi ola bilməz” açıqlaması da təsdiqləyir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə