Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lerik sakini icra başçısı və deputatın əlindən Ermənistana köçür
Lerik sakini icra başçısı və deputatın əlindən Ermənistana köçür
12 Aprel 2014 / 19:21 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Lerik rayon sakini Eldəniz Quliyev ailəsi ilə Ermənistana köçmək qərarını verib. JAM.AZ xəbər verir ki, bu barədə Quliyevin özü “Azadlıq” qəzetinə bildirib. Onun dediyinə görə, bu addımı atmasına səbəb torpağının əlindən qanunsuz olaraq alınması və bu haqsızlığı heç cürə aradan qaldıra bilməməsidir.

Quliyevin sözlərinə görə, torpaq islahatları nəticəsində onların ailəsinə düşən 60 sot torpaqdan məhrum edilib. Bunu edənlər isə rayonun icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədovdur. Şikayətçinin sözlərinə görə, onların ərazisinə elektrik stansiyası salınır. Plan onların heç bir razılığı əldə edilmədən, kompensasiya verilmədən icra olunur: “Adını çəkdiyim şəxslər bizi heçə sayaraq, ərazini “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Həmin yerdə taxıl əkmişdim, texnikanın qabağına verib onu da zay etdilər. Bunu ancaq düşmən edərdi. Biz də dinlənəndə, anam qarşıq təhqir olunduq, adını da qoydular ki, siz bədxahsız, prezidentin sərəncamına qarşı çıxırsınız”.

Eldəniz Quliyev qəzet vasitəsi ilə dövlət rəhbərliyinə üz tutaraq, torpağının “işğalçılardan” azad edilməsini və ya ona ədalətli kompensasiya verilməsini istəyir: “Mən daha şikayət məktubları yazmaqdan yorulmuşam. Heç kim səsimi eşitmir. Hüquqlarımı müdafiə etdiyimə görə məni sıxışdırılar, hədələyirlər. Bu müraciətimə də cavab verilməsə, ailəmi götürüb Ermənistana sığınacam.Ya da evin altına yığıb od vurub yandıracam”.



Lerik sakini icra başçısı və deputatın əlindən Ermənistana köçür yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə