Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

9 aylıq uşaq məhkəmədə bəraət aldı (FOTO)
9 aylıq uşaq məhkəmədə bəraət aldı (FOTO)
13 Aprel 2014 / 1:19 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Hakimin qərarı ilə Musaya qarşı irəli sürülmüş ittihamlar yetərsiz sayılıbd63222515208

SiyasətPakistanda 9 aylıq Məhəmməd Musanın məhkəməsi olub.  ANS PRESS-in məlumatına görə, məhkəmə qarşısına çıxarılan Musa qətl cəhdində, polisi təhdid etməkdə və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunmasına baxmayaraq məhkəmədə bəraət alıb. Hakimin qərarı ilə Musaya qarşı irəli sürülmüş ittihamlar yetərsiz sayılıb.

Musanın müttəhimlər kürsüsündə oturmuş atasının qucağında, ağzında əmzik çaşqın baxışlarla baxdığı zaman çəkilmiş fotosu dünyada böyük rezonans yaratmışdı.

Musanın ailəsi qərardan məmnun qaldığını bildirib.”Bundan sonra nəvəmin başına bir iş gələrsə, bilin ki, günahkar polisdir”, – deyə Musanın babası bildirib.

Musanın atası Əmi Yasin baş verənləri “axmaqlıq” adlandırıb. Qeyd edək ki, Pakistan tarixində ilk dəfə olaraq müttəhimlər kürsüsündə 9 aylıq uşaq oturdulmuşdu. Ağzında əmzik olan balaca Məhəmməd Musa Xan atasının qucağında idi. O, qətlə cəhd, polisi hədələmək və dövlət qurumlarının fəaliyyətinə kobud müdaxilədə suçlanırdı.

 

 

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə