Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ölümündən sonra Səhiyyə Nazirliyindən Nərminə köməklik göstərişi gəlib
Ölümündən sonra Səhiyyə Nazirliyindən Nərminə köməklik göstərişi gəlib
13 Aprel 2014 / 1:24 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Bütün kütləvi informasiya mənbələrində Nərminin ölüm xəbəri yayılsa da, Səhiyyə nazirliyinin bundan xəbəri olmayıb

SağlamlıqTəqribən 21 gün əvvəl hər kəs xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseyinli üçün bir araya gəlsə də, təəssüf ki, biz onu itirdik. Əslində nərminin anasi Səhiyyə nazirliyinə övladına kömək göstərilməsi üçün mürəciət etmişdi. Sağ olsunlar nazirlikdən yardim göstərilməsi üçün göstəriş gəlib gəlməyinə, amma Nərminin ölümündən sonra.

Nermin Hüseynli ! Yeqin ki, bu adı unutmaq çetindir. Yenidən yaranın təzələnməsinə səbəb isə mərhumun ailəsinə Səhiyyə nazirliyindən daxil olmuş cavab məktubudur.Nərminin xəstəliyinin aşkarlanmasından dərhal sonra ailənin Səhiyyə nazirliyinə müraciətinə mart ayının 31-də cavab hazırlanıb və aprel ayının 11-də yeniyetmənin ölümündən təxminən 1 ay sonra ailəyə çatıb.

 

Məktubda deyilir:

Xəstənin Milli Onkologiya Mərkəzində müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman preparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına köməklik edilsin.

 

Maraqlısı isə ondadır ki, bütün kütləvi informasiya mənbələrində Nərminin ölüm xəbəri artıq yayılmışdı. Görünür Səhiyyə nazirliyinin bundan xəbəri olmayıb.Yoxsa bu cavab məktubu göndərilməzdi.

 

Məsələnin əslində nə yerdə olduğunu Sahiyyə nazirliyindən öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, əgər xəstə dünyasını dəyişirsə bu barədə Səhiyyə nazirliyinə məlumat daxil olmur. Bu səbəbdən cavabın ailəyə çatdırılması normal haldır. Ancaq məhz bu faktla bağlı dəqiq açıqlama araşdırma aparıldıqdan sonra növbəti həftənin ilk iş günü veriləcək.

 

Nazirliyin nümayəndəsi olan Hacıqulu Bağırovun sözlərinə görə, hər hansı xəstənin ölüm faktı haqda məlumat dərhal nazirliyin araşdırma komissiyasına daxil olur.

 

Səhiyyə nazirliyinin rəsmisi Hacıqulu Bağırov deyib ki, Azərbaycanda bütün xəstəxanalar daxil olmaq şərti ilə ölüm hadisəsi baş verdikdən sonra 10 gün müddətində xəstəxanada müzakirə olunur,onların protokolu ilə birlikdə xəstəlik tarixinin surəti bizə təqdim olunur, və vaxt aşırı komissiya dəvət olunur. Şikayət oldu-olmadı biz bütün ölüm hadisələrini müzakirə edirik, həkimin iştirakı ilə sonrada qərarımızı baş həkimə və onun müavininə bildiririk.

 

Qanuna əsasən də, 10 gün müddətində müvafiq orqanlara ölüm haqda məlumat verilir. Bundan sonra həmin şəxs üçün ölüm haqda şəhadətnamə çıxarılır. Deməli burda hardasa diqqətsizliyə yol verilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə