Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Акиф Səlimovun adamları şikayətçiyə Рухи xəstə dedilər-Yenilənib
Акиф Səlimovun adamları şikayətçiyə Рухи xəstə dedilər-Yenilənib
13 Aprel 2014 / 20:00 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyevin etimad göstərərək icra başçısı təyin etdiyi bəzi məmurlar hələ də bu etimadı başa düşmək istəmir. Onlar başa düşmürlər ki, icra başçıları yerlərdə prezidentin siyasətini aşılayan rəsmi şəxslərdir və etdikləri yaxşı və pis əməllər dövlətin və prezidentin adına yazılır.

Təbii ki, təyinat zamanı İlham Əliyev onlarla şəxsən görüşür, regionlarda dövlətin vətəndaşına olan sevgisini aşılamağı, insanların problemlərinin dərhal həll edilməsini tapşırır. Bəs bu icra başçıları nə edir? Onlar prezidentin tapşırıqlarına necə əməl edirlər?

Əlbətdə, təyinat zamanı prezidentlə görüşdə icra başçısı SÖZ verir ki, etimadı doğruldacaq. Amma belə görünür ki,  bu icra başçıları insanlara etdikləri əməlləri ilə prezidenti aldatmış olurlar. Bunun başqa adı varsa deyin qoyaq. Bu aldanışdır.

İcra başçıları barədə elə məlumatlar yayılır ki, sadəcə şok olursan. Təsəvvür ediləsi deyil ki, Laçının icra başçısı həbs olunmuş adama  vəzifə verib.

arxiv.bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki,  Akif Səlimovun yeni vəzifə verdiyi adam onun yaxın dostu olub:  “Mən və Akif Səlimovun yaxın dostu Musa Musayev 2009-cu ildə həbs edildik. O, icra başçısı təyin ediləndən sonra mənə dedi ki, siz ikiniz də eyni maddələrlə həbs edilmisiz və bunun üçün də hər ikinizə vəzifə verəcəm».

Bunu arxiv.bizimxeber.az-a Laçın rayon sakini Fərman Cabbarov yazıb: “Akif Səlimov daha sonra Musa Musayevə vəzifə verəcəyi təqdirdə, ona vəzifə verməsəi düz olmayacaq. İcra başçısının dostu Musanın 64 yaşı var və hazırda dövlət qulluğuna görə hər ay 600-650 manat təqaüd alır. Bunun ardından isə onu Laçın rayon Yol İstismarı İdarəsinə müdir təyin etdi.

Şikayətçi yazır ki, onlara tətbiq olunmuş maddələrlə dövlət işində işləmək mümkün deyil. Daha doğrusu, həmin maddələrə əsasən cinayətə görə cəza çəkilib qurtardıqdan 3 il sonra dövlət qurumlarında işləmək imkanına malikdirlər. «Lakin Akif Səlimov bu qanunlara məhəl qoymur. Əminliklə deyirəm ki, əgər Prezident olmasa, Akif Səlimov və dostu Musa Musayev bizim kimi orta təbəqənin insanlarını Azərbaycanda yaşamağa imkan verməz, deportasiya edər».

Bax belə… Bu İlham Əliyevin etimadına olan hörmətdirmi, yoxsa saymamazlıq, cənab Səlimov? Bəlkə buna başqa ad da qoymaq olar. Hər halda, qanunları pozan adam üçün heç nəyin fərqi yoxdur. Əsas odur pul qazansınlar.

***

Laçın rayon İcra Hakimiyyətindən bildirdilər ki, şikayətçi Fərman Cabbarov ruhi xəstədir: “Ona görə də, ağzına nə gəldi danışır. O adam həbsxanada ruhi xəstə olub. Onun dediklri yalandır”.

arxiv.bizimxeber.az olaraq icra hakimiyyətindən gələn məlumatı dərc edirik. Amma bir narazı vətəndaşı ruhi xəstə adlandırmaq nə insanlığa, nə də qanunlara şığmayan bir haldır. Bu barədə hüquq mühafizə orqanları araşdırma aparsa yaxşı olar.

Mövzunu diqqətdə saxlayacağıq.

İlkin

arxiv.bizimxeber.az

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə