Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Metropolitendən çıxarılanların çoxu işsizdir
Metropolitendən çıxarılanların çoxu işsizdir
13 Aprel 2014 / 12:35 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Bakı Metropolitetindən qovulan işsizlər ordusunun böyük bir qismi yeni iş yeri tapmaqda çətinlik çəkir. Metropoliten rəhbərliyi və Bakı Şəhər İcra Hakimiyyəti onlara pulsuz yer vəd etsə də, buna əməl olunmadı. Metropoliten rəhbərliyi onların digər yerlərə köçürüləcəyini və bir neçə aylıq icarə haqqından azad ediləcəyini bildirsə də, verilən vədlərə əməl edilmir. Metropolitendəki bu qəfil qərarın nəticəsində dükanları dağıdılan ticarətçilərin böyük əksəriyyəti hazırda işsizdir. Ticarətçilərin kiçik bir hissəsi icarə yer tapıb işləyirlər.

Metronun “Neftçilər” stansiyasında çalışan ticarətçilərin bir neçəsi yaxınlıqdakı ayrı-ayrı dükanlarda yer kirayələyiblər. “Əhmədli”də çalışanların da bir neçəsi yeni iş yeri tapa bilib. Metro ticarətçilərinin cüzi hissəsi “Xalqlar dostluğu” yarmarkasında icarəyə yer götürə bilib. “Ayı 150 manata kənar bir yerdə kiçik dükan götürə bilmişik. Heç alver gedəcək yerə oxşamır”,- deyə keçmiş metro ticarətçisi bildirir. Onlar qeyd edirlər ki, metropoliten rəhbərliyinin pulsuz yer icarəyə verməsi vədi ağ yalandır. “Bizə Günəşlidə, Keşlədə, həmçinin AMAY ticarət mərkəzində yer təklif edirlər. Oraya kim gedər? Təklif edilən yerlər ticarət mərkəzi qurulacaq yer deyil və orada satış mümkünsüzdür”,- satıcılar qeyd edirlər. Onlar bildirirlər ki, tapdıqları yerlər üçün icarə haqqını özləri ödəyirlər və metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd ediblər: “Həmin yerlər də normal yerlər deyil”.

Qeyd edək ki, metro keçidlərindən biri indiyədək sökülməyib. “20 Yanvar” stansiyasındakı bütün köşklər fəaliyyətini davam etdirməkdədir. Əvvəlcə həmin stansiyanın martın 27-də söküləcəyi söylənilsə də, indiyədək stansiyada alver gedir.

Bu günlərdə isə rəsmi şəkildə bildirildi ki, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib. Səbəb kimi sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin meriyaya müraciət etmədiyi bildirilib. Yəni ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getməyiblər.

Əməkdaşımız isə metro ticarətçilərinə təklif edilən Keşlə bazarında olub və öyrənib ki, buraya heç kim gəlməyib. “Metroda işləyənlərdən heç kim bu bazara gəlmədi. Boş yerlər var, çoxdur, ancaq heç kim bəyənmədi”,- deyə satıcılar durumu izah ediblər. Qeyd edək ki, bu bazarda ərzaq, tərəvəzlə pal-paltar, xırdavat eyni yerdə satılır və çox qarışıqlıqdır. Satıcılar deyirlər ki, yəqin ki, bu səbəbdən metro ticarətçiləri buraya gəlməkdən imtina ediblər.

Metro ticarətçilərinin bir qismi isə “8-ci kilometr” bazarının yaxınlığında yerləşən “Lotos” ticarət mərkəzinə köçüb. Ticarət mərkəzinin zirzəmisi təmir edilərək onlara icarəyə verilib. Bura “Metro” ticarət mərkəzi adlandırılır. Ticarət mərkəzinə baş çəkən əməkdaşımıza satıcılar bildiriblər ki, bura yeni açıldığından ciddi alıcı qıtlığı var:

“İnsanlar təzə-təzə buraya gəlməyə başlayıblar. Alver getmir, günlərlə heç nə satmadan otururuq”. Lakin bunun müqabilində satıcılar xeyli miqdarda icarə haqqı ödəyirlər: “Bizə heç bir güzəşt edilmədi. Gələn gündən icarə pulunu istədilər. Hətta üç ayın pulunu əvvəlcədən verdik. Ayı iki yüz manata icarəyə götürmüşük dükanları, dedilər ki, bu başdan altı yüz manat verməlisiniz. Biz də verdik. İndi də gözləyirik ki, alver getsin, çörək qazanaq”. Satıcılar rəsmi şəkildə onlara təklif edilən yerlərin alver üçün uyğunsuz olduğunu da vurğuladılar: “Biz oraya getməklə daha çox itirəcəkdik, yenə burada ümid var. Ona görə getmədik”.(musavat)

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə