Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nurçulardan Bakıda 30 nəfərin saxlanması ilə bağlı açıqlama
Nurçulardan Bakıda 30 nəfərin saxlanması ilə bağlı açıqlama
13 Aprel 2014 / 12:50 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

“Onlar Nur camatıdırlar, Gülən camaatı deyillər. Orada namaz qılırlar, kitab oxuyurlar “

AzərbaycanÖtən gün gecə saatlarında Bakının Yasama. rayonunda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox insanın vəkili Yasamal Rayon Polis Şöbəsinə müraciət edəcək.

“Nur təriqətinə” məxsus olduğunu deyən şəxslərdən biri ANS PRESS-ə açıqlamasında saxlanılan şəxslərin nurçu olduğunu olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan şəxslər barəsində onlara heç bir məlumat verilmir:

“Onları bölməyə aparıblar. Ordan isə hara apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil ordenlə gedəcək və nə üçün onların saxlandığını öyrənəcək. Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar Nur camatıdırlar, Gülən camaatı deyillər. Ora onların öz evləridir. Orada namaz qılırlar, kitab oxuyurlar. Ora bir kişinin evidir, mülküdür. O evin sahibi Hacıdır. Qanunsuz şəkildə gəlib evə giriblər, sanki orada terrorçular yaşayır”.

Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz iş günü olmadığı üçün bir nəticə vermədi.

Qeyd edək ki, Bakının Yasamal rayonunda “İnşaatçılar” metrosu ərazisində, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox şəxs saxlanılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə