Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zeynal Məmmədli: “Günahkar İctimai TV-nin Yayım Şurasının sədridir”
Zeynal Məmmədli: “Günahkar İctimai TV-nin Yayım Şurasının sədridir”
13 Aprel 2014 / 14:02 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

“İTV-dən Cahangir Məmmədliyə gələn cavabın heç bir əsası yoxdur”.

Bu sözləri Aktual.az-a media eksperti Zeynal Məmmədli İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədlinin müxalifət nümayəndələrinin telekanalın efirində görünəcəyi ilə bağlı fikirlərinə İTV-dən gələn reaksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qanunun tələbləri baxımından ictimai televiziyaya verilən imkanlar yetərincədir:

“Demək olar ki, hər şeyə Yayım Şurası məsuldur. Yəni burda səlahiyyət sahibi Yayım Şurasıdır və onun adından danışan sədridir. Ona görə onun dedikləri ilə bağlı telekanaldan gələn cavabın heç bir əsası yoxdur. Maraqlıdır, Yayım Şurasının sədri açıqlama verir və bundan sonra ona tabe olan strukturdan ona saymazyana cavab gəlir. Özü də görün İTV hansı şəkildə deyir ki, bu, Cahangir Məmmədlinin şəxsi fikridir. Tamamilə məntiqsiz yanaşmadır. Mən anlamıram, bir məsul vəzifə tutan adamın özü ilə onun şəxsi fikri arasındakı fərqi necə tutmaq olar? Özü də bu insan başqa sahədən danışmır ki, o, sırf öz fəaliyyətindən danışır və deyir ki, filankəslər də orda olmalıdır”.

Ekspertin fikrincə, İTV-nin Cahangir Məmmədliyə qarşı saymazyana münasibətində günahkar tərəf Yayım Şurasının sədridir:

“Yayım Şurasının sədri və üzvləri bunu niyə problemə çevirirlər? Çünki onlar üzərlərinə düşən öhdəlikləri yaxşı bilirlər, amma bu öhdəlikləri yerinə yetirməkdən qorxurlar. Çünki qorxaq və qətiyyətsizdilər. Yəni demək istəyirəm ki, bütün bunlar ona görə mövcud olur ki, Azərbaycanda ictimai təzyiq vasitələri olan auditoriyanın, tamaşaçıların istəyi dəqiq deyil. Əgər onlar bu təzyiqi yetərincə eləsələr, nə İTV-nin Yayım Şurasının sədri, nə də üzvləri belə mənasız bəyanatları verməz. Söhbət ondan gedir ki, auditoriya İTV-nin nə üçün olduğunu və öz funksiyasını yerinə yetirməyə məcbur etməyin yollarını bilmir”.

Xatırladaq ki, Cahangir Məmmədlinin “yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəridə İTV-nin efirində görə biləcəksiniz” fikirlərinə cavab olaraq İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “bu, onun şəxsi qənaətidir” deyə münasibət bildirilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə