Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əliyev Mərkəzinin arxası bu haldadır- Fotolar
Heydər Əliyev Mərkəzinin arxası bu haldadır- Fotolar
13 Aprel 2014 / 20:47 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Fotoda göründüyü kimi çəpərlə “ayıb”larını bütün xarici dünyadan gizlətməyə çalışıblar

Heydər Əliyev mərkəzinin arxası hansı gündə olduğunu Nərimanov rayonu icra hakimiyyəti görmür?

2012-ci il mayın 10-da Bakının Nərimanov rayonu ərazisində Prezident İlham Əliyevin 1886 nömrəli Sərəncamı əsasında Heydər Əliyev Mərkəzi inşa edilib. Mərkəzin yaradılmasına onun vizual görüntüsünün qüsursuz olması üçün ən yaxşı memarlar cəlb edilmiş, arxitektura və mahiyyətinə uyğun şəkildə 251.1 milyon manat xərclənib.

Lakin, Etatist.com -un foto müxbirinin çəkmiş olduğu fotoda, prezidentin fərmanının və mərkəzin mahiyyətincə qiymətləndirilmədiyi aydın görülməkdədir. Belə ki, Heydər Əliyev mərkəzinin arxasında yerləşən küçə şəhərin ən görkəmli yerlərindən biri olan, mərkəzin qara ləkəsidir. xəbər verir ki, Heydər Əliyev Mərkəzinin arxasında yerləşən Həsənoğlu küçəsində utanc dolu, pis vəziyyətdə olmasını gizləmək üçün müvafiq icra orqanları “çalışıblar” və  fotoda göründüyü kimi çəpərlə “ayıb”larını bütün xarici dünyadan gizlətməyə çalışıblar. İcra orqanlarının öz vəzifələri çərçivəsində olan ibtidai xidmətlərdən bu şəkildə yayınması, hər gün yüzlərcə xarici qonağın gəldiyi yeri bu şəkildə qalmasına göz yummaq, ölkəsini rəzil etmək istəyidir. Digər məsələ isə, Prezident sərəncamına hörmətsizlikdir. Sual budur Nərimanov rayonu İcra Hakimiyyətinin və digər qurumlar bu görüntülər haqqında bilgiyə sahib olduqları halda niyə Heydər Əliyev Mərkəzinin adına sayğısız yanaşmaqda davam edirlər?

arxiv.bizimxeber.az

 

 



Heydər Əliyev Mərkəzinin arxası bu haldadır- Fotolar yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə