Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyində qalmaqal: şöbə müdiri nazirə təzyiq dəstəsi yaradıb 
Təhsil Nazirliyində qalmaqal: şöbə müdiri nazirə təzyiq dəstəsi yaradıb 
14 Aprel 2014 / 9:12 / Baxış sayı: 1540
Font1 Font2 Font3 Font4

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovla bağlı daha bir ilginc məlumat yayılıb. JAM.AZ TİA.AZ-a istinadən xəbər verir ki, Misir Mərdanovun dönəmindən işləyən və bu illər ərzində ən varlı məmurlar sırasına daxil olan Qədirovun haqqında yeni yayılmış məlumat onun Təhsil Nazirliyində qruplaşma yaratması ilə bağlıdır.

Məlumatlarda qeyd olunur ki, Qədirov hələ xeyli əvvəldən işlərini möhkəm tutmaq üçün əksər rayonların təhsil şöbələrinə öz adamlarını rəhbər təyin etdirib. Mikayıl Cabbarovdan öncəyə təsadüf edən bu proseslərin fonunda qısa müddətdə şöbə müdiri bir xeyli rayonu ələ keçirməyə nail olub. Çatan bilgilərdə bu sıraya onlarla məktəb direktoru da daxildir ki, onların hər biri aylıq olaraq Qədirov cənablarına yerlərində qalmaq üçün «haqq» verirlər.

Məlumatlarda o da deyilir ki, Fərzəli Qədirov qısa müddətdə özünə güclü dəstə yaratdıqdan sonra həm böyük qazanc sahibinə çevrilib, həm də Təhsil Nazirliyində güc mərkəzlərindən birinin başına keçib. Elə buna görədir ki, Mikayıl Cabbarov nazir təyinatı aldıqdan sonra şöbə müdirini işdən çıxara bilmədi. Əksinə, onu işdən çıxaracağı təqdirdə, böyük bir müqavimətlə qarşılaşacağının fərqinə vararaq, geri çəkilməli oldu. Bu əsnada onu da bildirək ki, Fərzəli Qədirovu həmçinin hakimiyyətdəki bəzi adamlar da dəstəkləyirlər. Onun imkanlarından yararlanan həmin məmurlar, eyni zamanda onu qorumağa da çalışırlar. Amma bütün bunların fonunda əsas məsələ Təhsil Nazirliyinin rəsmisinin yaratdığı qruplaşmadır ki, onu elə nazirliyin daxilində müxalifət kimi də qələmə vermək olar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az

 



Təhsil Nazirliyində qalmaqal: şöbə müdiri nazirə təzyiq dəstəsi yaradıb  yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə