Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin sərəncamı ilə Elmar Məmmədyarov əvəzləndi
Prezidentin sərəncamı ilə Elmar Məmmədyarov əvəzləndi
15 Aprel 2014 / 14:37 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

İlham Əliyevin bu gün imzaladığı sərəncamla komissiyanın yeni tərkibini təsdiq edilib

Azərbaycan“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla komissiyanın yeni tərkibini təsdiq edilib.

2012-ci ildə prezidentin sərəncamı ilə komissiyanın həmsədri təyin olunmuş xarici işlər naziri Elmar Məmmədyarov iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə əvəz olunub.

Komissiyanın həmsədri

Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Komissiyanın üzvləri:

Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini

Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Arif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində edilən dəyişiklik barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə