Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərsu” hökumətin gözünə necə su üfürür?
“Azərsu” hökumətin gözünə necə su üfürür?
16 Aprel 2014 / 20:58 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Paytaxtın Yasamal rayonu susuz qalıb. Rayon sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, artıq 3 gündür ki, onlara xəbərdarlıq etmədən suyun verilməsi dayandırılıb.

Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı evlər də suya həsrət qalanlar siyahısındadır.

Qəribədir ki, MDB məkanında ən gözəl və rahat şəhər adına iddia edən Azərbaycan paytaxtının mərkəzində sakinlər içmək üçün su tapa bilmirlər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov isə Bakı qəsəbələrinin fasiləsiz su təchizatı üçün Dövlət Proqramının uğurla həyata keçirildiyinə dair hökumətə hesabat verir.

Halbuki elə həmin “Azərsu”yun əməkdaşları özləri də paytaxtın müxtəlif ərazilərində, xüsusilə Yasamalda su probleminin olduğunu etiraf edir, hətta sakinlərə su probleminin tezliklə çözülməyəcəyini xatırladaraq, mağazalardan su almalarını məsləhət bilirlər.

Bütün bunlar nə deməkdir? Bizcə, məsələ aydındır: “Azərsu”yun yaya hazırlığı ilə bağlı vədləri sadəcə hökumətin, necə deyərlər, gözünə su üfürməkdir, vəssalam!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə