Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Terrorçuların yatdığı həbsxana bağlandı (FOTO)
Terrorçuların yatdığı həbsxana bağlandı (FOTO)
17 Aprel 2014 / 0:52 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Amerika əsgərlərinin İraqlı məhbuslara işgəncə verdiyi “Əbu Qreyb” həbsxanası bir muddətdən sonra yenidən fəaliyyətini davam etdirəcək

Hərb”Əbu Qreyb” həbsxanasında təmir işləri həyata keçiriləcək.

Amerika əsgərlərinin İraqlı məhbuslara işgəncə verdiyi “Əbu Qreyb” həbsxanası bir muddətdən sonra yenidən fəaliyyətini davam etdirəcək. İraqın Ədliyyə Nazirliyinin mətbuat atteşesi Haydar al -Sədi həbsxananın birdəfəlik bağlanması barədə yayılan fikirləri inkar edib. O, müəssisədə təmir işlərinin həyata keçiriləcəyini qeyd edərək həbsxananın muvvəqqəti bağlanmasını əsasən ətrafdakı qeyri-sabit vəziyyətlə əlaqələndirib.

Bağdadın 20 km qərbində yerləşən Əbu Qreyb şəhərində son vaxtlar “İslam İraq Dövləti və Levant “adlı fəaliyyət göstərən qrup var.

“Burada vəziyyət stabilləşən kimi əgər təhlükəsizlik imkan verərsə, həbsxana yenidən açıq olacaq” – deyə İraq hakimiyyətinin nümayəndəsi bildirib.

İraqın ədliyyə naziri Həsən əl – Shamari aprelin 15-də “Əbu Qreyb” həbsxanasının bağlanmasını elan etsə də həbsxananın daimi və ya müvəqqəti bağlanayacağını bildirməyib.

Qeyd edək ki, burada terrorçuluqda ittiham edilən və cəza çəkən məhbuslar digər həbsxanalara köçürüləcək.

Bütün işçilər və gözətçilərin paytaxtın digər həbsxanalarında çalışacağı məlum olub.

“Əbu Qreyb” həbsxanası Səddam Hüseynin dövründən məşhurluq qazanıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə