Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rafil Hüseynovla Misir Mərdanovun ortaq «projesi» 
Rafil Hüseynovla Misir Mərdanovun ortaq «projesi» 
17 Aprel 2014 / 17:57 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Masallıda 1 il öncə çəkilən kəndlərarası yollar bərbad vəziyyətə düşüb. 4,6 milyon manat sərf olunan kənd yolları dağılır. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.

Həmin məlumatlarda deyilir ki, rayonun icra başçısı Rafil Hüseynovun zavalına gələn həmin pullar təkbaşına yeyilməyib. Bu prosesdə icra başçısının ən yaxın «silahdaşı» «Elnur-2» şirkəti olub. Keçmiş nazir Misir Mərdanovun ən yaxın adamlarından biri olan Xudayar adlı şəxsə məxsus sözügedən şirkətin çəkdiyi yolların keçilməz vəziyyətə düşməsi icra başçısını da hərəkətə gətirib. Hazırda Rafil Hüseynovun yediyi pulları ört-basdır etmək üçün 41 saylı Masallı Yol İstismarı İdarəsini önə verib. Daha doğrusu, idarə müdiri icra başçısının işlərini «yamamaq»la məşğuldur.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, 2013-cü ildə Masallının Həsənli-Xırmandalı kənd arası yolun təmirinə 1082563 manat vəsait «sərf» olunub. Həmin yolu «Elnur-2» UİKŞ şirkəti təmir edib.

 

Kürdəbaz-Qarğalıq kənd arası yollarının təmirinə isə 595240 manat vəsait xərclənib. «Elnur-2» UİKŞ şirkəti bu yolun da təmirinə reallaşdırıb. Məlumat verən mənbə bildirir ki, hazırda hər iki yol dağılır və 41 saylı Masallı Yol İstismar İdarəsi həmin yollarda bərpa işləri aparır.

 

Daxil olan məlumatda o da göstərilir ki, «Elnur-2» UİKŞ şirkətinin təmir etdiyi başqa bir yol Musaküçə-Lürfən kəndlərarası yolu olub. Bu yolun təmirinə 1846360 manat xərclənib. Seybətin-Səmidxan-Alışanlı-Ətcələr kəndlərarası yollarında isə «Elnur-2» UİKŞ şirkəti 445396 manat vəsaiti havaya sovurub. Qəriblər-Qodman kəndlərarası yollarının təmiri isə 445720 manata başa gəlib və təmiri edən şirkət yenə də «Elnur-2» UİKŞ olub.

 

Səruçvar-Sirəbil kəndlərarası yollarının təmiri üçünsə dövlət 196897 manat ayırıb. Təmir işləri Masallının tanınmış iş adamlarından olan Hacı Mazana məzsus «Bayram-M» MMC şirkəti həyata keçirib. Və nəhayət Masallı şəhər daxili yollarının təmirinə 544552 manat xərc çəkilib və təmir işlərini «Bayram-M» MMC şirkəti həyata keçirib.

 

Məlumatı verən mənbə iddia edir ki, icra başçısı Rafil Hüseynov yuxarıda qeyd olunan kənd yollarının təmirini həyata keçirən şirkətlərlə əlbir olaraq ayrılan milyonlarla manat vəsaitin bir hissəsini «kitabdan kitaba» salaraq mənimsəyib.

 

Bildirilir ki, çəkilən kənd yollarının layihə smetasa cədvəlində qoyulan asfaltın qalınlığının 10-12 sm göstərilsə də, yola döşənən asfaltın qalınlığı 4-5 sm olub. Elə bu üzdən də təmirinə 5 milyon manata yaxın dövlət vəsaiti sərf olunan həmin yollar artıq dağılır və icra başçısı Rafil Hüseynov öz «səhvini» ört-basdır etmək üçün hazırda həmin yollara «yamaq» vurdurur və cəmi yarım il əvvəl 5 milyona yaxın vəsit sərf olunan yolların təmirinə əlavə vəsait sərf edir.

 

Ən acınacaqlı vəziyyət isə yeni təmir olunan Masallı şəhər küçələrinin asfalt örtüyünün dağılmasıdır. İcra başçısı Rafil Hüseynov Yol İstismar İdarəsinin vasitəsi ilə şəhər daxili yollarındakı bu acınacaqlı vəziyyəti ortadan qaldıra bilsə də, dağılmış kənd yollarının bərpa edilməsi çox çətin olacaq.

 

Məlumatda xüsusi olaraq vurğulanır ki, Prezident Adminstrasiyasına rayonlardan daxil olan şikayət məktublarıqa görə Masallı ilk yerlərdən birini tutur və bu şikayətlərin böyük hissəsi Rafil Hüseynovun çəkdiyi yollarla bağlıdır. Digər şikayətlər isə ayrı-ayrı dövlət qurumlarının, həmçinin icra hakimiyyətinin yarıtmaz faliyyəti barədir.

Onu da xatırladaq ki, Masallıda şikayətçilərin çoxluğu məsələsi artıq icra başçısını da narahat edib. Elə buna görə də, tədbir görmək əvəzinə, İcra Hakimiyyətinin binası qarşısına toplaşan şikayətçiləri arxa qapıdan qəbul etməyə başlayıb. Düzdür, Rafil Hüseynov bu hərəkətinə çox əcaib şəkildə haqq da qazandırıb. O deyib ki, guya, camaata canı yanır və onları yağışda, küləkdə və ya istidə açıq səma altında saxlamaq istəmədiyindən, İcra Hakimiyyəti binasının arxa tərəfindəki bağçadan qəbul edir. Halbuki icra başçısı özü də yaxşı bilir ki, danışdığı tamamilə yalandır. Burada məqsəd isə kənardan baxanlarda, xüsusən də jurnalistlərdə şikayətçilərin çoxluğu təəssüratı yaranmamasıdır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə