Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədi məhkəməsi adam öldürəni himayə edir
Ağcabədi məhkəməsi adam öldürəni himayə edir
19 Aprel 2014 / 11:44 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Quliyev Asif İdris oğlu adam öldürməsinə baxmayaraq himayə olunub

arxiv.bizimxeber.az -a  Ağcabədi rayonundan şikayət məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik…

04 Yanvar 2014-cü il axşam saat 20:00 radələrində Ağcabədi rayonu Heydər Əliyev parkına paralel yolda Quliyev Asif İdris oğlu idarə etdiyi maşınla Məmmədov Rafiq Dadaş oğlunu vuraraq öldürüb. Hadisədən dərhal sonra Quliyev Asif İdris oğlu barəsində həbs qətiimkan tədbiri seçilib. Lakin, 13 Fevral 2014-cü il tarixində Ağcabədi rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhram oğlunun sədrliyi ilə keçirilən məhkəmə zalında Quliyev Asif İdris oğlu barəsində seçilmiş həbs qətiimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Mərhumun qohumları hakimin çıxardığı bu ədalətsiz qərardan Şirvan Apelyassiya məhkəməsinə şikayət ediblər. 19 Fevral 2014-cü ildə Şirvan Apelyassiya məhkəməsi Ağcabədi rayon Məhkəməsinin hakimi Etibar Quliyevin çıxardığı qərarı ləğv edərək Quliyev Asif İdris oğlu barəsində seçilmiş əvvəlki həbs qətiimkan tədbirini qüvvədə saxlayıb. Ali məhkəməyə olunan şikayətlərdən sonra isə işin baxılması yeni hakim Xanlar Fərhadova həvalə edilib. Bununla da, Ağcabədi rayon Məhkəməsi hakiminin hüquqi pozma halına yol verdiyi əsas götürülüb.

Rayon Ekspertiza və Anatomiya şöbəsində hadisə baş verən gün növbətçi həkim Bədəlov Elbrusun verdiyi rəydə Quliyev Asif İdris oğlunun içkili olmadığı, mərhumu vurduqdan sonra maşının qabağında 48 metr sürüdüyü qeyd olunub. Ölüm hadisəsini törədən Quliyev Asif İdris oğlu isə izahatında həmin gün içkili olmadığını, işdən gəldiyini, maşını saatda 50 km/sürətlə idarə etdiyini, mərhumu vurarkən yolun qaranlıq olduğunu və onu görmədiyini qeyd edib. Bir sözlə, hadisə KİV-dən də məqsədli şəkildə gizlədilib.

Hazırda isə rayonda şayələr gəzir ki, 21 Aprel 2014-cü il tarixində keçiriləcək məhkəmədə Quliyev Asif İdris oğlunun xeyrinə 5 ildən az iş veriləcək. 5 ildən az işin verilməsi üçün isə növbətçi ekspertiza həkiminin içkili olmadığı barədə verdiyi rəydə Quliyev Asifin birinci cinayət işi olduğu və himayəsində azyaşlı uşağın olduğu əsas götürüləcək. Bununla da, Quliyev Asif islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndəriləcək. Bu həm də onunla izah olunur ki, Quliyev Asifin kifayət qədər pulu var və o, dəbdəbəli həyat şəraitini heç vaxt türmə şəraitinə dəyişməz.

Son zamanlar respublikada maşınla insan vurulma faizinin artdığını, imkanlı şəxslərin, məmur övladlarının bahalı avtomobillərdə saatda 150-200 km/sürətlə yüzlərlə çırağı söndürdüklərini görürük. Tanınmış xanəndə Ağasəlimin ailəsi ilə birlikdə Xəzər Dəniz Gəmiçiliyinin rəis müavini Mübariz Mədətovun oğlu tərəfindən maşınla vurulduğu zaman ölkə prezidentinin işə qarışmasının şahidiyik. Elə bu səbəbdən aprel ayının 21-də keçiriləcək məhkəmədə hakim Xanlar Fərhadov 04 Yanvar 2014-cü il tarixində Məmmədov Rafiq Dadaş oğlunu maşınla vurub öldürən Quliyev Asif İdris oğluna sual verəcəkmi ki, saatda 50-55 km/sürətlə gedən maşın çəkisi 85-90 kq olan şəxsi vurduqdan sonra 48 metr sürüyə bilərmi? İşi aparan hakim Ağcabədi rayonu Heydər Əliyev parkına paralel yollarda səhərə kimi işıqların yandığını, amma Quliyev Asifin izahatında yolun qaranlıq olduğunu, mərhumu görmədiyini hansı səbəbdən yazdığını soruşacaqmı? Görəsən, hakim hadisə baş verən gün Asif Quliyevin işdən, yoxsa Yastı yol deyilən ərazidə Sədrəddin kişinin nəvəsinin kiçik toy məclisindən gəldiyini, bununla da içkili olma ehtimalının böyük olub, maşını saatda 120-130 km/sürətlə idarə etdiyini nəzərə alacaqmı? Növbətçi ekspert həkim Elbrus Bədəlovla Quliyev Asifin qohumluq əlaqələrinin olub-olmaması dərindən araşdırılacaqmı? Hadisəni törədən şəxsin içkili olub-olmadığına dair rəy verilərkən, hansı tibbi aparatdan istifadə olunduğu nəzərə alınıb araşdırılacaqmı? Ümumiyyətlə, Ağcabədi rayon Ekspertiza və Anatomiya şöbəsində şəxsin və ya şəxslərin içkili olub-olmadıqlarına dair məsələlərin həllində istifadə olunan müasir tipli cihaz varmı? Bu kimi önəmli xüsusatların üstündən sükutla keçiləcək, yoxsa cəmiyyət həyatı üçün önəmli olan pis tendensiyaların qarşısı alınacaq?

Məlum olan isə odur ki, birinci mərhələdə Quliyev Asif İdris oğlu məhkəmə hakimi tərəfindən himayə olunmuşdu, onun haqqında çıxarılmış həbs qətiimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdu. Bunu Şirvan Apelyassiya Məhkəməsinin çıxardığı qərardan da görmək oldu. Aprelin 21-də isə maşınla insan vurub öldürən şəxsin islah əmək müəssisəsinə, yoxsa islah əmək düşərgəsinə göndəriləcəyi məhkəmənin ədalətli keçib-keçmədiyindən bəlli olacaq.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə