Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Milyarderlər İttifaqı”nın Bakıdakı iki gizli üzvü
“Milyarderlər İttifaqı”nın Bakıdakı iki gizli üzvü
19 Aprel 2014 / 11:46 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

AZAL prezidenti ilə Şeyxin başı dərddə; Cahangir Əsgərovla Allahşükür Paşazadə Kremlin Azərbaycan planında yer alıblar. Hər iki şəxs “AST Telman” və Abbas Abbasov vasitəsilə onlardan istənilən dəstəyə “hə” deyiblər 2012-ci ilin sonlarında Rusiyada yaradılan və Azərbaycan hakimiyyətinə qarşı olduğu bildirilən “Milyarderlər İttifaqı” ilə bağlı yeni məlumatlar əldə etmişik. “Yeni Müsavat”a daxil olan xəbərlərdə daha çox bu ittifaqın təmsilçilərinin Bakıdakı təmaslarından bəhs olunur.

İndiyədək “Milyarderlər İttifaqı”nın fəaliyyəti, məqsədləri, bu qurumun üzvlərinin müxtəlif şəxslərlə təmasları, görüşləri barədə xeyli məlumatlar dərc olunub, onlarla əlaqədə olan Azərbaycan məmurları və digərləri ilə bağlı adlar çəkilib. Amma indi məlum olur ki, “Milyarderlər İttifaqı”nın Bakıdakı əsas “üzvləri” kölgədə qalıblar. Əslində isə “Milyarderlər İttifaqı”nın üzvlərindən olan baş nazirin sabiq birinci müavini Abbas Abbasovla, “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov daha çox həmin şəxslərlə əlaqə qurublar. Bunlar isə AZAL prezidenti Cahangir Hacıyevlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadədir.

Onların hər ikisinin həm A.Abbasovla, həm də T.İsmayılovla çox isti münasibətləri var. Onlar tez-tez görüşürlər, bir-birinin ad günlərində, yaxınlarının məclislərində iştirak edirlər. Bir neçə il bundan əvvəl T.İsmayılovun Moskvada keçirilən və Cenifer Lopezin də qatıldığı təmtəraqlı ad günündə C.Əsgərovla A.Paşazadə də qatılmışdılar. Həmin ad günündə C.Əsgərovun T.İsmayılova tapança hədiyyə etdiyi əks olunan, şeyxinsə “AST Telman”la A.Abbasovun arasında dayanaraq çıxış etdiyi şəkillərin yayılması xeyli müzakirə mövzusu olmuşdu.

“Milyarderlər İttifaqı” yaranandan sonra belə qərara gəlinib ki, onun üzvləri əlaqələrindən istifadə edərək Azərbaycanda mümkün qədər nüfuz sahibi olan, vəzifə tutan, imkanlı iş adamları ilə təmaslar qursunlar, onlardan dəstək almağa çalışsınlar. Buna görə də “Milyarderlər İttifaqı” aktiv fəaliyyətə keçəndən bir qədər sonra qurumun üzvləri Azərbaycandan bir sıra şəxslərlə təmasa keçiblər. Həmin şəxslərin bir çoxu barədə əlimizdə artıq ilkin məlumatlar var. Ancaq bəzi dəqiqləşdirmələrə ehtiyac olduğundan hələlik onların adlarını yazmırıq. C.Əsgərov və A.Paşazadə ilə bağlı isə əlimizdə təfərrüatlar var.

“Milyarderlər İttifaqı” adından onlarla təması əsasən T.İsmayılov və A.Abbasov qurub. Prosesin start zamanlarında C.Əsgərovla A.Paşazadəyə açıq şəkildə deyilib ki, Azərbaycanda hakimiyyət dəyişikliyi gözlənilir və bu məqamda hər kəs gələcək taleyini müəyyənləşdirmək üçün konkret mövqe seçməlidir. O da bildirilib ki, başda Vladimir Putin olmaqla Rusiya hakimiyyəti də bunda maraqlıdır və Kreml tamamilə Moskvanın nəzarətində olan yeni bir hakimiyyət formalaşdırmaq istəyir.

Şeyxə və AZAL prezidentinə çatdırılıb ki, bu işdə “Milyarderlər İttifaqı”na dəstək olanlar plan reallaşandan sonra bunun əvəzini alacaqlar. Həmçinin onlara “Milyarderlər İttifaqı”nın tərkibi xatırladılaraq bildirilib ki, əgər real nəticə gözlənilməsə, Azərbaycanda bu qədər böyük biznesləri və hakimiyyətlə əlaqələri olan şəxslər özlərini riskə ataraq bu planda yer almazdılar. Ad çəkilmədən deyilib ki, “Milyarderlər İttifaqı”na Azərbaycanda yüksək vəzifə tutan və başqa tanınmış şəxslər də dəstək verir.

Məlumata görə, bu danışıqlar bir müddət davam edib. Sonra C.Əsgərovla A.Paşazadəyə bildirilib ki, Azərbaycanda yaradılan Milli Şuraya da “Milyarderlər İttifaqı” Rüstəm İbrahimbəyov vasitəsilə nəzarət edir. Zamanında R.İbrahimbəyov vasitəsilə bu quruma da dəstək vermək lazım gələ bilər. Bu barədə məlumatlı şəxsin bildirdiyinə görə, həm AZAL prezidenti, həm də QMİ sədri bildirib ki, onlar Milli Şuraya hər hansı formada dəstək verə bilməzlər, bu mümkün deyil. Amma hər iki şəxs bildirib ki, diaspor qurumlarına dəstək pərdəsi altında “Milyarderlər İttifaqı”na imkanları daxilində dəstək verə bilərlər. Bununla da onlar bir növ “Milyarderlər İttifaqı”nın Bakıdakı gizli üzvlərinə çevriliblər.

Rusiya prezidenti Vladimir Putinin 2013-cü ilin avqustun 13-də Bakıya səfərindən sonra vəziyyət dəyişib və C.Əsgərovla QMİ sədrinin “Milyarderlər İttifaqı” ilə bu istiqamətdə əməkdaşlığı dayanıb.

Aldığımız məlumatda həmçinin bildirilir ki, Azərbaycan hakimiyyəti hər iki şəxsin “Milyarderlər İttifaqı” ilə təmaslarından xəbərdardır və bunu iqtidara arxadan zərbə sayır. Qeyd olunur ki, QMİ sədrinin son vaxtlar davamlı şəkildə vurulması həm də bununla bağlıdır.
C.Əsgərovun cəzalandırılması ilə bağlı isə başqa plan var və yaxın vaxtlarda bu istiqamətdə addımlar atılacaq. Hakimiyyət hər iki şəxsə yaxşı dərs vermək istəyir ki, başqaları da bundan nəticə çıxarsınlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə