Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ceyhun Osmanlı saxlandı
Ceyhun Osmanlı saxlandı
19 Aprel 2014 / 12:46 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında millət vəkili Ceyhun Osmanlı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun MTN-in ifadə verdiyi bildirilir.

Millixəbər.com-a daxil olan məlumata görə, MTN C.Osmanlının xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı, dövlət orqanlarındakı nurçu şəbəkədə aktiv fəaliyyəti, Türkiyədəki “Hizmət” hərəkatı ilə bağlılığı ilə bağlı xüsusi xidmət orqanlarına daxil olmuş, həmçinin son zamanlar mediada yayılmış məlumatları araşdırır.

İnformasiyanı dəqiqləşdirmək üçün  C.Osmanlı və onun yaxınları ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Osmanlının və onun həyat yoldaşının telefonu bağlıdır. Millət  vəkilinə yaxın olan bəzi şəxslər isə bu barədə məlumatlarının olmadığını dedilər.

Qeyd edək ki, aprelin 15-də Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirildiyi barədə məlumat yayılmışdı. Dindirilmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşdüyü deyilirdi. E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlandığı da iddia edilmişdi. Ehtimal ki, C.Osmanlının saxlanmsında E.Aslanovun verdiyi bilgilərin də özünəməxsus rolu olub.

Xatırladaq ki, son bir neçə ayda Elnur Aslanov və ona yaxın olan şəxslərin, o cümlədən Ceyhun Osmanlının Gülən camaatı ilə əlaqələri haqqında çoxsaylı faktlar üzə çıxıb. Faktlar göstərir ki, E.Aslanov səlahiyyətlərindən sui-istifadə edərək hakimiyyət daxilində öz tərəfdarlarından ibarət nurçu şəbəkə formalaşdırmağa nail olmuşdu. Bu şəbəkənin həm də Qərbin, xüsusilə ABŞ-ın xüsusi xidmət orqanları və fondları ilə yaxından əməkdaşlıq etdiyi barədə də bilgilər var. MTN-in E.Aslanovdan ifadə alması, daha sonra isə C.Osmanlının saxlanması təsdiq edir ki, yayılan məlumatlar narahatlığa kifayət qədər əsas yaradıb.

Məsələni diqqətdə saxlayırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə