Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyada döyüşən azərbaycanlıların videosu yayımlandı – Video
Suriyada döyüşən azərbaycanlıların videosu yayımlandı – Video
19 Aprel 2014 / 13:23 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video-görüntüsü yayılıb.  Görüntülərdə“İraq Şam İslam Dövləti” silahlı qruplaşmasına daxil olan azərbaycanlı döyüşçülər Fərat çayı sahilində ələ keçirdikləri ərazini nümayiş etdirirlər.

Suriyada artıq böyük ərazilərin “İraq Şam İslam Dövləti”nin nəzarəti altına keçdiyini qeyd edən azərbaycanlı döyüşçülər tezliklə elan edəcəkləri xilafətin Su Elektrik Stansiyasının, evlər idarəsinin, çörək zavodunun, şəriət məhkəməsinin və polisinin yaradıldığını bildirirlər: “Bütün bu nemətləri bizə verən Allahdır və ona şükür edirik. Nəzarətimizdə olan torpaqlarda sərhədlərimizi müəyyənləşdirmişik və qısa zamanda öz xilafətimizi elan edəcəyik”. Görüntülərdə “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının top-artilleriya taqımının komandirinin Topçubaşov familiyalı azərbaycanlı olduğu bildirilir və həmin şəxs xüsusi olaraq təqdim edilir.

Bundan başqa, video-görüntüdə təqdim olunan “Abuzər” adlı azərbaycanlının bundan əvvəl Çeçenistanda, Əfqanıstanda vuruşduğu, hazırda isə Suriyada döyüşlərə qatıldığı qeyd olunur.

Həmin video görüntüləri təqdim edirik:

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə