Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Mirqədirov təyyarə ilə Azərbaycana yola salınıb
Rauf Mirqədirov təyyarə ilə Azərbaycana yola salınıb
19 Aprel 2014 / 14:09 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4
Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov Bakı vaxtı ilə saat 14.00-da Ankarada təyyarəyə mindirilib və Bakıya gəlir.

Bunu açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib. E. Şıxlı qeyd edib ki, R. Mirqədirovun deportasiya olunma səbəbi açıqlanmır: “Ona bildiriblər ki, Türkiyə dövləti və xalqı qarşısında heç bir cinayəti yoxdur, sadəcə tapşırıq belədir. Mən deportasiyanın səbəbini öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə bir neçə gün əvvəl məktubla müraciət etsəm də, hələlik bir cavab yoxdur. Rauf gəlsin, görək nə baş verir”.

E. Şıxlı onu da deyib ki, hadisə qardaş dövlət olan Türkiyədə baş verdiyi üçün çox səs-küy salmaq istəmirlər: “Amma hər halda bunun səbəblərini açıqlamalıdırlar”.

Baş redaktor bildirib ki, R. Mirqədirovu saxlayıb, deportasiya edərkən ailəsi ilə görüşə imkan verməyiblər, bu səbəbdən o, Bakıya tək gəlir: “Ailəsi orda qalıb. Dünən Rauf ailəsi ilə birgə avtobusla gəlmək istəyirmiş. Saxlayıb, ailəsindən ayırıb, bu gün də tək yola salıblar. Dünəndən də ailəsi ilə əlaqə yaratmağa imkan verməyiblər. Ailə üzvlərinə isə bildiriblər ki, sabaha kimi Türkiyədən çıxmasalar, tutacaqlar. Onlar da yəqin bu günlərdə Azərbaycana qayıdarlar”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə