Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu rayonun da siması dəyişdirilir (FOTO)
Bu rayonun da siması dəyişdirilir (FOTO)
19 Aprel 2014 / 20:30 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

Tikinti-quruculuq, abadlıq işləri nəticəsində Göyçay abad, gözəl və müasir bir şəhərə çevriləcək

Həyat tərziGöyçay rayonunda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2013-2014-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın və ölkəmizin başçısının müvafiq sərəncamlarının icrası, həyata keçirilən investisiya layihələri nəticəsində Göyçay rayonunun siması büsbütün  dəyişəcək. Artıq bu istiqamətlərdə mühüm işlər görülür. Göyçay müasir şəhərsalmanın tələblərinə ciddi əməl olunmaqla quruculuq abadlıq işləri davam etdirilir. Hazırda bununla yanaşı Göyçay şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur, beşmərtəbəli yaşayış binalarının fasad hissələri təzələnir, onların giriş qapıları bərpa edilir. Mənzillərin pəncərə və aynabəndləri xüsusi dizaynla yenidən qurulur.

Qeyd edək ki, həyata keçirilən inkişaf tədbirləri Göyçayın gecələrini də əsrarəngiz gözəlliyə bürüyüb. Təxminən 212 ailənin yaşadığı binalarda işıqlanma sistemi də müasirləşdirilir, ümumi istifadə yerlərində təmir bərpa işləri aparılır. Xüsusi zövqlə həyata keçirilən bu layihənin icrası başa çatdıqdan sonra Göyçayın ümumi görünüşü daha da zənginləşəcək.

Bu günədək 6 ədəd beşmərtəbəli yaşayış binasının fasad hissəsi və dam örtüyü müasir üslubda yenidən qurulub, 23 küçədə su-kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb, 18 küçəyə yeni asfalt örtüyü döşənilib. Rayonda yeni sosial obyektlər istifadəyə verilmiş, infrastruktur layihələri həyata keçirilir, yaşayış məntəqələrini birləşdirən avtomobil yolları, şəhərinin prospekt və küçələri yenidən qurulur. H.Əliyev prospektində 4 min 600 kv metr uzunluğunda səki daşları sökülərək, qranit-mərmər daşları ilə əvəz edilib.

Bu tədbirlər nəticəsində Göyçay abad, gözəl, müasir bir şəhərə çevriləcək. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq hazırda Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonundan keçən avtomobil yolunun yenidən qurulması, Göyçay şəhərində Bayraq meydanının, veteranlar evinin, tarix-diyarşünaslıq muzeyinin, gənclər evinin, rayon mərkəzi xəstəxanasının uşaq bağçasının, tikiş fabrikinin, prospekt və küçələrin abadlaşdırılması və bərpası davam etdirilir. Hazırda su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar bərbad hala düşən Heydər Əliyev prospektinin yenidən qurulması işləri davam etdirilir. Bu küçədəki əsas yol genişləndirilərək 6 metrdən 10 metrə çatdırılır, müasir işıq dirəkləri quraşdırılır, park və daxili yollara dekorativ daşlar düzülür. Prospektin kənarlarında səkilər yenidən qurulur, elektrik dirəkləri dəyişdirilir.

Uşaqlar üçün oyun meydançaları və oturacaqlar da quraşdırılacaq. Səkilər yenidən qurulur, piyada keçidləri bərpa olunur. Park daxili yollara dekorativ daşlar düzülür. Park daxili işıqlanma sistemləri qurulur. Göyçay şəhəri ilə yanaşı rayonun kəndlərində də tikinti-quruculuq işləri aparılır. Müskürlü kəndində orta məktəb, Bığır kəndində Şirvan kanalı üzərində su elektrik stansiyası inşa olunur. Keçirilən iməciliklər zamanı ətrafa ağac və gül kollarının əkilməsi, çəmənliklərin salınması nəzərdə tutulur.

arxiv.bizimxeber.az

Bakı-Göyçay-Bakı



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə