Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Raif Mirqədirov MTN-nin təcridxanasına salındı
Raif Mirqədirov MTN-nin təcridxanasına salındı
20 Aprel 2014 / 16:57 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur

Dünən Türkiyədən deportasiya edilərək Bakıya gətirilən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov MTN-nin təcridxanasına salınıb. Onun dövlətə xəyanətdə ittiham olunduğu bildirilir.

Rauf Mirqədirovun vəkili Fuad Ağayev açıqlamasında, müdafiə edəcəyi şəxsə qarşı ağlasığmaz ittihamların irəli sürüldüyünü bildirdi: “Mənə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edərək bu məlumatı verdi. Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, cəsusluq) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi”.

F. Ağayev jurnalistin hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını və sabah onunla görüşəcəyini bildirdi.

Qeyd edək ki, Rauf Mirqədirov son aylar Türkiyədən deportasiya edilən ikinci azərbaycanlı jurnalistdir. Fevral ayında “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun deportasiya olunmasında hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi amilinin səbəb olduğu iddia edilirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə