Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukrayna prezidenti xalqa müraciət etdi
Ukrayna prezidenti xalqa müraciət etdi
20 Aprel 2014 / 17:00 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Pasxa münasibətilə edilən müraciətdə Turçinov Tanrıdan Ukrayna üçün sülh istədiyini deyib

Ukrayna prezidenti səlahiyyətlərini müvəqqəti olaraq icra edən Oleksandr Turçinov Pasxa bayramı münasibətilə televiziya vasitəsilə xalqa müraciət edib. Turçinov müraciətində Ukrayna xalqını qəlbini «inam və işıq»la doldurmağa çağırıb, Tanrıdan “Ukraynaya sülh bəxş etməyi” istədiyini bildirib.

“Biz çətin bir dövr yaşayırıq, Ukrayna xalqı özünün azadlıq arzusunu, ədalət və həqiqi mənəvi dəyərlərin bərqərar olması istəyini dilə gətirir. Diriliş günü iman və sevginin qeyd edildiyi bir gündür. Hər şeyə qalib gəlməyə qadir olan sevginin günüdür. Buna görə də Pasxa bizə sevinc və yaxşı gələcəyə ümid gətirir. Tanrı Ukraynaya sülh bəxş etsin. Qəlblərimiz iman və işıqla dolsun. Tanrı sizi qorusun. İsa dirildi! Həqiqətən də dirildi!” – Oleksandr Turçinov belə deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə