Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrşad Əliyevin Kürdəmirdəki bibaırçı musiqi məktəbi – FOTO
İrşad Əliyevin Kürdəmirdəki bibaırçı musiqi məktəbi – FOTO
20 Aprel 2014 / 17:09 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Kürdəmir rayonundakı yeganə musiqi məktəbi acınacaqlı vəziyyətdədir. Rayonun “Dördyol” adlanan hissəsində yerləşən bina tamamilə yararsız vəziyyətə düşüb. Sinif otaqları nəmişlik içindədir və ciddi təmirə ehtiyacı var. Bununla belə rayondakı yeganə musiqi məktəbi fəaliyyətini davam etdirir.

Rayon sakinlərinin bildirdiyinə görə, musiqi məktəbinin sinif otaqları xəstəlik mənbəyidir. Burada döşəmələrdən əlavə divarları da nəm çəkib. Binanın qapı-pəncərələri, döşəmə və tavanı tamamilə yararsız vəziyyətdədir.

Qeyd edək ki, Kürdəmir musiqi məktəbi 1966 cı ildə görkəmli bəstəkar Qara Qarayevin şəxsi təşəbbüsü ilə açılıb. 2016-cı ildə məktəbin 50 illiyi tamam olacaq. Onu da yada salaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmirin icra başçısı dəyişdirilib.

arxiv.bizimxeber.az

kurdemir musiqi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə