Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişli rayonunda ağac əkmə kampaniyası keçirilib 
İmişli rayonunda ağac əkmə kampaniyası keçirilib 
20 Aprel 2014 / 17:25 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az xəbər verir ki, İmişli rayonunda aparılan tikinti, abadlıq və quruculuq işləri ilə yanaşı yaşıllıqlların salınmasına da xüsusi fikir verilir. Rayon İcra Hakimiyyətinin tədbirlər planınına uyğun olaraq hər həftənin şənbə və bazar günlərində iməciliklər keçirilir, bütün yaşayış sahələrində, küçə və parklarda, inzibati binaların həyətlərində və  yol kənarlarında müxtəlif həmişəyaşıl ağaclar və gül kolları əkilir.

Hər bir ağaca lazımi aqrotexniki qulluq göstərilir, gübrə verilir. Növbəti Ümumrayon agacəkmə kampanıiyasında  idarə, müəssiə  və təşkilatlardan 500-dən cox rayon sakini iştirak edib. 2 hektar ərazidə 2000-dən çox  həmişəyaşıl – şam, küknar və digər  dekorativ ağaclar əkilib. Yaşıllıqlların salınmasında kommunal təyinatlı texnikaların köməyindən də istifadə olunub. Tinglər dərhal sulanır və lazımi qulluq göstərilir. Bu dəfəki iməcilik zamanı  şəhərin giriş və çıxış hissələrində, magistral yolun kənarlarında  və Olimpiya idman kompleksinin ətrafında daha çox ting əkilib. Bundan əlavə yol kənarları  kol-kosdan təmizlənib və həmin  ərazilərdə də bir sıra  həmişəyaşıl agaclar əklib. Payız mövsümündə əkilən agaclara da qulluq göstərilib, dibi bellənib. Agacəkmə kompaniyası rayonun bütün kənd və qəsəbələrində aparılır və may ayınadək davam edəcək.

arxiv.bizimxeber.az

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə