Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Əzizov prezidentin sərəncamına əməl etmir- FOTO
Eldar Əzizov prezidentin sərəncamına əməl etmir- FOTO
20 Aprel 2014 / 18:57 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

44290_srcPrezident İlham Əliyev ağacların qırılıb yerində tikinti işlərinin aparılmasını “vicdansızlıq və cinayət” adlandırıb

Sumqayıt şəhəri 10-cu mikrorayondakı bir neçə binanın sakinlərinin hiddətinə səbəb olan məsələ yaşadıqları binanın arxasındakı parkın dağıdılıb, yerində inşaat işlərinin görülməsidir.

Sakinlərin sözlərinə görə, bir neçə il öncə də bu ərazidə tikinti aparmaq istəyənlər olub. Buna imkan verilməyib.

Lakin bu ilin mart ayında yenidən tikinti işləri fəallaşıb. Artıq bina tikintiisi üçün bünövrə də qazılıb.

Sakinlər deyiblər ki, burda əvvələr müxtəlif növ ağaclar əkilib, ancaq tikinti işi ilə əlaqədar ağaclar kökündən çıxarılıb. Buna baxmayaraq binada yaşayanlar yenidən yaşıllığı bərpa ediblər. İndi də sakinlərin tək istəyi var ki, o da tikitinin dayandırılmasıdır.

Qeyd edək ki, Sumqayıtda ağacların qırılması ilə bağlı dəfələrlə şikayət olub. Amma şəhərin icra başçısı Eldar Əzizov bu şikayətlərlə bağlı hələ də konkret əməli addım atmır.

Halbuki prezident İlham Əliyev ağacların qırılıb yerində tikinti işlərinin aparılmasını “vicdansızlıq və cinayət” adlandırıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə