Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı Metrosunda dəhşət: qatar tuneldə gedərkən qapılar açılır
Bakı Metrosunda dəhşət: qatar tuneldə gedərkən qapılar açılır
21 Aprel 2014 / 10:18 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Metroda qatarın tuneldə hərəkəti zamanı vaqonun qapıları açılıb-bağlanır

HadisəSon vaxtlar Bakı Metropolitenində tez-tez texniki nasazlıq üzündən problemlər yaranıb. Bu problemlər üzündən ya qatar tuneldə dayanır, ya tüstüləmə olur, ya da digər hadisə baş verir. Bu də sərnişinlərin təşvişinə səbəb olur. Bu dəfə oxuculardan biri ANS PRESS-ə şikayətində bildirib ki, metroda qatarın tuneldə hərəkəti zamanı vaqonun qapıları açılıb-bağlanır.

İddia olunur ki, hadisə “İçəri Şəhər” stansiyasından “Sahil” stansiyası istiqamətində hərəkətdə olarkən baş verib. Veriln məlumata görə, hadisə 23:26 radələrində olub. Bu zaman qatarda sərnişin az olduğundan xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mühəndisi Etibar İsayevlə əlaqə saxladıq. Etibar İsayev açıqlamasında bunun çox qəribə hadisə olduğunu dedi.

“Əgər həqiqətən də Bakı Metropolitenində olubsa, bu dəhşətli faktdır. Düzü mən inanmıram. Çünki vaqonlardan birində nasazlıq olarsa, qapı açılarsa, qatar avtomatik olaraq dayanmalıdır. Əslində qatar nasaz olarsa xəttə buraxılmamalıdır”, – deyə E.İsayev bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə