Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Məclisin deputatı, həbs edilən Rauf Mirqədirovun müdafiəsinə qalxdı
Milli Məclisin deputatı, həbs edilən Rauf Mirqədirovun müdafiəsinə qalxdı
21 Aprel 2014 / 10:24 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“İlk öncə məhkəmədə adamın günahı müəyyənləşməlidir, sonra isə belə bir qərar verilə bilərdi, jurnalistə qarşı bu addımı qınayıram”

AzərbaycanMilli Məclisin deputatı Fazil Mustafa “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, jurnalist Rauf Mirqədirovun ötən gün Türkiyədən deportasiya edilərək Bakıya gətirilməsinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Fazil Mustafa bildirib ki, Rauf Mirqədirovun heç bir səbəb göstərilmədən Türkiyədən deportasiya olunması hər şeydən öncə Türkiyənin addım-addım demokratiyadan uzaqlaşmasının bir göstəricisidir: “Xatırlayıram, üç il siyasi səbəblərə görə Türkiyədə mühacirət həyatı yaşadım, belə bir münasibətlə qarşılaşmadım. Belə çıxır ki, həmin şərtlərdə bu gün Türkiyədə yaşasaydım, dərhal Azərbaycana təhvil verərdilər. İlk öncə məhkəmədə adamın günahı müəyyənləşməlidir, sonra isə belə bir qərar verilə bilərdi. Jurnalistə qarşı bu addımı qınayıram və düşünürəm ki, artıq bu kimi hərəkətlərlə həmişə yaxşı nümunə olaraq göstərdiyimiz qardaşımız, canımız Türkiyə bizim üçün pis nümunəyə çevrilməyə başlayır”.

Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Fuad Ağayev ANS PRESS-ə açıqlamasında, müdafiə edəcəyi şəxsə qarşı ağlasığmaz ittihamların irəli sürüldüyünü bildirdi: “Mənə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edərək bu məlumatı verdi. Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, cəsusluq) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi”.

F. Ağayev jurnalistin hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını və sabah onunla görüşəcəyini bildirdi.

Xatırladaq ki, Rauf Mirqədirov son aylar Türkiyədən deportasiya edilən ikinci azərbaycanlı jurnalistdir. Fevral ayında “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun deportasiya olunmasında hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi amilinin səbəb olduğu iddia edilirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə