Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandan deportasiya ediləcək gülənçilərin adları (FOTO)
Azərbaycandan deportasiya ediləcək gülənçilərin adları (FOTO)
21 Aprel 2014 / 11:15 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Siyahıda “Çağ Öğretim” şirkətinin yönətim başqanı, Qafqaz universitesinin rektorunun da adı var

Gülən Camaatına bir zərbə də Azərbaycandan gəldi.  Vizası bitən 8 işadamı barəsində deportasiya qərarı çıxarıldı. Siyahıda “Çağ Öğretim” şirkətinin idarə heyətinin sədri Ənver Özeren, Qafqaz universitesinin rektoru Ahmed Sanıç, Camaatin iş sektorundaki imamı olduğu irəli sürülən Bahri Topuz və daha 5 nəfərin adları hallanır.

Gülən camaatının Azərbaycanda təşkilat şəklində məskunlaşdığı iddiaları son günlər gündəmdən düşmür. İki aydan bəri davam edən araşdırmaların ardından Camaatın irəlidə gedən mənsublarına qarşı qəti addımlar atılmağa başlandı. Bir tərəfdən də baş nazir Təyyib Ərdoğanın Bakı ziyarətində Azərbaycanda fəaliyyətdə olan Gülən Camaatının adları olan siyahı verildiyi və bu şəxslərin deportasiya edilməsini istədiyi iddia edilir.

Azərbaycan hökuməti Türkiyədə baş verən 17 dekabr hadisələrindən sonra Gülən Camaatının Azərbaycandakı fəaliyyətlərini araşdırmağa başlamışdı. Mart ayının əvvəllərində Gülən Camaatının təhsil müəssisələrinə sanksiya tətbiq olunmağa başlanmışdı. Camaata aid 11 məktəb və 13 dərsxana və Qafqaz Universiteti Azərbaycan Neft və Qaz Şirkətinin balansına verilmişdi. Bu ərəfədə Ənver Özerenin Fəthullah Gülənə yazdığı məktub da ortaya çıxmış və bu Azərbaycanda böyük səs-küyə səbəb olmuşdu. Məktubda, Camaatın Azərbaycanda bir çox cəmiyyət təşkilatında heyətləşdiyi və Azərbaycan üzərində təzyiq qurulması istənilmişdi.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə