Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Rauf Mirqədirov Şahnazaryan və Babacanyanla yaxın dost idi”
“Rauf Mirqədirov Şahnazaryan və Babacanyanla yaxın dost idi”
21 Aprel 2014 / 11:56 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Haqqin.az saytının facebookdakı fan-səhifəsində dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbsi ətrafında geniş diskussiya gedib. Erməni sosial şəbəkə istifadəçiləri də həmin diskussiyada fəal iştirak edib. Ermənistandan olan bir istifadəçi azərbaycanlı jurnalistin həbsinin səbəbləri barədə maraqlı fikir səsləndirib.

Facebook fəalı Valeri Markaryan bunları yazıb: “Mirqədirovun problemi ondadır ki, o, erməni müxalifətçiləri Şahnazaryan və Arman Babacanyanla (1in.am saytı) ilə sıx münasibətlərdə idi. Şahnazaryan bir vaxtlar bizim (Ermənistanın-red.) xüsusi xidmət orqanlarının rəhbəri olub. Əlbəttə, Mirqədirov Ermənistanın xeyrinə casusluqla məşğul olmurdu, amma fakt faktlığında qalır ki, o, həmin adamlarla dostluq edirdi. Mirqədirova doğrudan da dəfələrlə xəbərdarlıq etmişdilər, demişdilər ki, Şahnazaryan dostluq ediləsi adam deyil. Amma Mirqədirov qulaq asmadı.

Maraqlıdır ki, Azərbaycan cəmiyyəti həqiqəti axtarmayacaq. Müəyyən qədər də peşmançılıq və təəssüf hissi ilə belə hesab edəcək ki, bu adamın nəyisə çarmırdı deyə ermənilərə satıldı. İctimaiyyətin məsələlərə belə yanaşması ilə hələ 30-cu illərdən SSRİ-dən tanışıq…”
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə