Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gömrüyə etiraz edən sahibkar ailəvi aclığa başlayır
Gömrüyə etiraz edən sahibkar ailəvi aclığa başlayır
21 Aprel 2014 / 13:42 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Kiçik sahibkar Yunus Orucov hələ də Astara gömrükçüləri ilə dil tapa bilmir.

arxiv.bizimxeber.az “Azadlıq” radiosuna istinadən bildirir ki, artıq iki aydan çoxdur onun İrandan gətirdiyi kafel Astara gömrüyündə saxlanır. Fevralım 19-da bununla bağlı Baş Prokurorluğa ünvanladığı şikayətə hələ cavab gəlməyib. Ombudsman aparatından bildiriblər ki, şikayəti Gömrük Komitəsinə göndərilib və cavab olan kimi o, məlumatlandırılacaq. Yunus Orucov məhkəmələrə üz tutub. Şirvan İqtisad Məhkəməsində aprelin 9-da və 11-də məhkəmə baxışları keçirilib. Astara Gömrük İdarəsi çağırışlara məhəl qoymayıb və məhkəməyə adam göndərməyib. Məhkəmənin işi də düyünə düşüb: «Dəfələrlə bu haqda gömrük idarəsinə, Gömrük Komitəsinə, Respublika  Prokurorluğuna, prezidentə müraciət etmişəm. Yenə heç bir nəticəsi olmayıb. Məcbur qalıb öz haqq səsimi ictimaiyyətə və prezidentə çatdırmaq üçün ailəvi mitinq-yürüş keçirtmək istəyirəm.

Astara İcra Hakimiyyətinə mitinqin çağırılmasının əsas səbəbi kimi Astara Gömrük İdarəsindəki qanunsuzluqları göstərmişəm. Orada göstərmişəm ki, Astara Gömrük İdarəsi dövlətin qanunlarını saymır, prezidentin sərəncamlarını, qərarlarını hesaba almır və qeyri-qanuni olaraq yükü saxlayıb. Bu haqda Gömrük Komitəsinə də yazmışam. Əgər bu məlumatları vermişəmsə, haqqım təmin olunmursa, mən nə etməliyəm?».

Sahibkar deyir ki, gömrükdə saxlanan yükə görə sürücüyə ödədiyi pul onu müflis edib. O indi də bundan sonra nə edəcəyini düşünür: «Ya mən intihar etməliyəm, ya da aclıq etməliyəm ki, haqqıma çatım. Qanun çərçivəsində haqqımı tələb edirəmsə, haqqım təmin olunmursa, mən nə etməliyəm?».

“Azadlıq” radiosu nə Astara Gömrük İdarəsindən, nə də Gömrük Komitəsindən suallarına cavab ala bilməyib. Komitədən özünü Oqtay kimi təqdim edən məmurun sözlərinə görə, «Arçın» kiçik müəssisəsinə məxsus malın saxlanmasına səbəb sənədlərin düz olmamasıdır. Ona xatırladanda ki, Astara Gömrük İdarəsinin tələbi əsasında sahibkar bütün sənədləri onlara çatdırıb, məmur bu məsələyə aydınlıq gətirəcəklərini və radioya  məlumat verəcəklərini bildirib. Amma həmin müraciətdən bir həftədən çox vaxt keçsə də, Gömrük Komitəsindən əlavə məlumat verilməyib.

Sahibkar deyir ki, müraciətlər effekt vermir, məhkəmə də acizdir. Açıq şəkildə isə onu etiraz bildirməyə qoymurlar: «Məqsəd odur ki, bunlar bu malları bir nəfərin adına rəsmiləşdirmək istəyirlər, sonra mal Bakıya getməlidir. Orda kimlərsə var, monopoliya məsələlərinə baxırlar. Onlarla razılaşandan sonra malı rəsmiləşdirirlər. Qanuni yükdür, dövlətin qanunu var, o qanunla da işimi görmək istəyirəm».

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə