Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda yolun çökməsində günahkar kimdir? – (Fotolar)
Bakıda yolun çökməsində günahkar kimdir? – (Fotolar)
21 Aprel 2014 / 13:44 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Dövlət qurumları rəsmiləri bir-birini ittiham etməklə məşğuldur

“Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. “Azərsu” ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır, indiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”.

Onun sözlərinə görə, “Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yolun çökməsinin səbəbi barədə verdiyi açıqlamada tələsib. Anar Cəbrayılov yolun çökməsinin kanalizasiya sularını axması ilə əlaqədar olmadığını bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Nobel prospekti 64 ünvanında, yəni şəhər istiqamətinə gələn yolda nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda çökmə baş verib. Asfaltın çökən hissəsinin dərinliyi təxminən 20 metrdir.

“Nobel prospektində asfaltın çökməsinə kanalizasiya kollektorundan suyun sızamsı səbəb olub”. Bunu ANS PRESS-ə hadisə yerində olan “Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.  Onun sözlərinə görə, prospektin çökən hissəsinin altından kanalizasiya kollektoru keçir. Kollektordan su sızması baş verib. Nəticədə yolun əsas örtüyünü və torpaq qatını yuyub aparıb. Bu isə prospektdə dərin çuxurun yaranmasına səbəb olub.

Pünhan Mürsəliyevin sözlərinə görə, hazırda prospektdə yaranmış problemin aradan qldırılması istiqamətində işlər gedir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə