Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xalq artistini toyda döydülər (VİDEO)
Xalq artistini toyda döydülər (VİDEO)
21 Aprel 2014 / 13:50 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Yılduz Usmanova restoranı tərk edəndən sonra polisə şikayət ərizəsi yazıb

Məşhur Özbəkistan müğənnisi, xalq artisti Yılduz Usmanovanı paytaxt Daşkənddə toyda olarkən döyüblər.  Bu barədə hadisə şahidləri “Azadlıq” radiosunun Özbəkistan xidmətinə deyiblər.

Şahidlərin sözlərinə görə, Daşkənddə “Osiyo Grand” restoranında 30-35 yaşında olan bir şəxs rəqs edə-edə Yulduz Usmanovaya yaxınlaşaraq qulağına nə isə deyib və pul təklif edib. Müğənni isə pulu götürməkdən imtina edib və həmin şəxsin əlini itələyib. Bundan əsəbləşən gənc Yılduz Usmanovaya bir şillə vurub. Müğənni zərbənin təsirindən yerə yıxılıb. Müğənninin musiqi qrupunun üzvləri ona köməyə gəlsələr də əsəbləşən şəxs onlardan ikisini döyüb. Xalq artisti restoranı tərk edəndən sonra polisə şikayət ərizəsi yazıb. Lakin müğənni və onun musiqiçilərini döyən şəxs hələlik saxlanılmayıb.

Qeyd edək ki, Yılduz Usmanovanın Özbəkistanda çıxışları qadağan edilmişdi. Bu illər ərzində o, Türkiyədə yaşayırdı. Qadağa ləğv edildikdən sonra xalq artisti ölkəsinə qayıdıb. Son məlumatlara görə, Yılduz Usmanova Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın təşkil etdiyi gecələrdən birində mahnı ifa edib. Bundan sonra Özbəkistan Mədəniyyət Nazirliyi onu yenidən “qara siyahı”ya salıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə