Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mirqədirovun həbsi olduqca qaranlıq məsələdir” – Etibar Məmmədov
“Mirqədirovun həbsi olduqca qaranlıq məsələdir” – Etibar Məmmədov
21 Aprel 2014 / 13:57 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Rauf Mirqədirov hələlik dövlətə xəyanətdə şübhəli bilinir. Yəqin ki, məsələ tam olaraq aydınlaşacaq. Çünki Rauf Mirqədirovun həbsi olduqca qaranlıq məsələdir”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.

O, bildirib ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyədə fəaliyyət göstərən əməkdaşı Rauf Mirqədirovun tutulması ona da təəccüblü gəlir.

E.Məmmədov R.Mirqədirovun dövlətə xəyanət edəcəyinə inanmadığını da bildirib. “Mən özüm də prosesləri yaxından izləyirəm. Mənim üçün həqiqətən maraqlıdır ki, Rauf Mirqədirovun həbsinə səbəb nədir. Çox güman ki, hər şey yaxın vaxtlarda aydınlaşacaq. Amma mən inanmıram ki, o elə bir cinayət eləmiş olsun, dövlətə xəyanətə yol versin”.

Məlumata görə, dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirov vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP Mərkəzi Şurasının üzvü olub. Bundan başqa, hər iki şəxs yaxın əlaqələri ilə tanınıblar. Raud Mirqədirov əvvəllər “Millət”, “Demokratik Azərbaycan”, “Bu gün” qəzetlərində çalışıb, digər media qurumları ilə əməkdaşlıq edib.

“Ayna-Zerkalo” qəzetinin Türkiyədən deportasiya edilmiş əməkdaşı R. Mirqədirov Bakıda Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Leyla
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə