Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nüsrət Kəsəmənlinin oğluna 10 il yarım iş istənildi
Nüsrət Kəsəmənlinin oğluna 10 il yarım iş istənildi
21 Aprel 2014 / 13:58 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı Araz Kəsəmənlinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, A.Kəsəmənli ötən llin iyun ayında həbsdən azad olunub. Cəmisi 3 ay sonra isə təkrar həbsxana həyatı yaşamalı olub. Sentyabrın 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.

Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Proses aprelin 25-də davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə