Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Orxan Zeynalov “vor zakon”la mübahisə etdiyinə görə karserə salındı
Orxan Zeynalov “vor zakon”la mübahisə etdiyinə görə karserə salındı
21 Aprel 2014 / 16:17 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Moskvada “Matrosskaya tişina”da məhkəməsini gözləyən 30 yaşlı azərbaycanlı Orxan Zeynalov gürcü əsilli “qanuni oğru” Miton Qorqidze ilə mübahisə edib.

Virtualaz.org-un modern.az-a istinadən məlumatına görə, 61 yaşlı gürcü avtoritet soydaşımıza kamera yoldaşları ilə söhbətdə daim yalan danışdığına görə xəbərdarlıq edib. Rusiya KİV-ində verilən məlumatda qeyd edilir ki, Azərbaycan vətəndaşı olan Orxan saxlanıldığı zaman polislərin ona qarşı qanunsuz hərəkətlər etməsindən danışıb, ancaq sonradan Zeynalovun polis əməkdaşlarını təhqir etdiyi üzə çıxıb. Bundan sonra Miron ona xəbərdarlıq edib, Orxan isə buna əhəmiyyət verməyib, nəticədə gürcü “qanuni oğru” əsəbiləşib. Məlumata görə, oğru qanunlarını başa düşməyən Zeynalov döyülməliymiş. Amma təcridxananın əməkdaşları təhlükəsizliyini nəzərə alaraq onu karserə salıblar.

Qeyd edək ki, gürcü “qanuni oğru” Miron Qorqidze keçən il iyulun 20-dən orada saxlanılır. O, Rusiya paytaxtında heroinlə tutulub. Miron kriminal aləmdə “Mirikiya” kimi tanınır.

Orxan Zeynalov ötən il oktyabr ayında Moskvadakı Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə