Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat oğlu Bakıda sürət yarışına çıxdı – VIDEO
Deputat oğlu Bakıda sürət yarışına çıxdı – VIDEO
21 Aprel 2014 / 16:34 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Daha iki xarici markalı maşının Bakıda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb. Virtualaz.org saytına daxil olan videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır.

Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib.

Bununla belə məlumdur ki, deputat uşaqlarının bütün maşınları həmin rəqəmdən ibarət nömrəni daşıyır.

Həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib. Virtualaz.org saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DİN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə